"Çantalardakı ətir qablarında dərman olduğundan xəbərsiz idim"
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda təqsirləndirilən Mehman Novruzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
M.Novruzov özünü qismən təqsirli bildiyini deyib.
O, sərbəst ifadə verən zaman hadisədən əvvəl "Samur” Gömrük Postuna ezam olunduğunu söyləyib: "Ora təzə getmişdim, monitora nəzarət edirdim. Vəzifəm böyük inspektor idi, işim isə çantalara açıb-baxmaq idi. Lakin monitordan istifadəni bir o qədər də yaxşı bilmirdim. Bu barədə növbə və post rəislərinə məlumat vermişdim. Dedilər ki, gözlə həll edəcəyik, lakin işimi dəyişmədilər".
M.Novruzov hadisə barədə də danışıb: "Cəmil “Samur” Gömrük Postunda fəhlə kimi çalışırdı. O, gömürük postundan keçən şəxslərin yüklərinə kömək edirdi. Onu orada tanımışam. Həmin gün məndən xahiş etdi ki, neytral ərazidə iki çanta ilə qalıb, ona kömək edim. Rusiya tərəfi onu buraxmadığını söylədi. Elə bildim ki, bunu Azərbaycandan Rusiyaya keçmək üçün deyir. Sonradan bildim ki, o, Rusiyadan Azərbaycana gəlirmiş. Həmin gün də Rusiya tərəfə getdiyini görmüşdüm. Soruşdum ki, çantalarında nə var. Boş ətir qabaları olduğunu qeyd etdi. Çantaları monitorda yoxlayanda həqiqətən boş ətir qabları olduğunu gördüm. Lakin onları açıb yoxlamadım. Bu zaman yanımızda hər gün gördüyüm, yəni Rusiyaya gedib-gələn qadınlar dayanmışdı. Onların da əlində çanta var idi. Xahiş etdim ki, Cəmilə kömək etsinlər, sağ olsunlar xahişimi yerə salmadılar. Onların da çantalarını monitordan keçirdim".
M.Novruzov deyib ki, çantalardakı boş ətir qablarının içərisində dərman olduğundan xəbərsiz olub.
İttiham aktına əsasən, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük Postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. O, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib.
Belə ki, M.Novruzov “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub.
O, həmin ərazidə 5539 manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.
Beləliklə, M.Novruzov vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək, qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub.
Daha sonra onun bu əməli müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə M.Novruzovun barəsində həbs qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
17 d. əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
-
- 32 d. əvvəl
-
37 d. əvvəl
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
-
39 d. əvvəl
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
-
1 saat əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
1 saat əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub























