Avro və Funt ucuzlaşır - GÜNƏ BAXIŞ
Beynəlxalq valyuta birjalarında Avropa və İngiltərədə müşahidə olunan siyasi və iqtisadi risklər, dollara olan tələbin daha da artmasına təsir edir.
Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətləri ucuzlaşmaqda davam edir. Buna səbəb dünya bazarlarında dollara olan tələbin artması və Avropa və İngiltərədə siyasi və iqtisadi risklərin artmasıdır.
Qeyd etmək lazımdır ki, İngiltərə ilə Avropa Birliyi (AB) arasında Breksit danışıqlarının uğursuz nəticələnməsi funtun keçmiş həftələr ərzində ucuzlaşması ilə yadda qalmışdır və İngiltərənin birlikdən ayrılması prosesinin razılaşmasız davam etdiriləcəyi ehtimallarının güclənməsi, sözügedən proqnozları daha da gücləndirir.
Bununla yanaşı, İtaliyanın 2019-ci il üzrə təsdiq etdiyi büdcə planının da AB komissiyasına təqdim edilməsi, investorların diqqət mərkəzindədir. İtaliya höküməti büdcə defisitini 2.4%-ə (ÜDM ilə müqayisədə) yüksəltməklə, borclanma səviyyəsini və kasıblara maliyyə yardımını artırmaq, keçmiş pensiya yaşına qayıtmaq və sahibkarların vergi yükünün azaltmaq istəyir. Bu isə AB tərəfindən Brüssel razılaşmasından yayınma kimi qiymətləndirilir. İtaliya Avrozonanın üçüncü ən böyük iqtisadiyyatıdır və burada böhran ümumilkdə birliyə mənfi təsir edə bilər.
Bütün bunlar maliyyə bazarlarında yeni borc böhranı riskinə işarə olduğu üçün investorlar tərəfindən narahatlıqla qarşılanır. Siyasi risklər iqtisadiyyata mənfi təsir etməklə, avro və funtun da qiymətlərinə mənfi təsir edir. Bu baxımından yuxarıdakı sadalanan mövzular ilə bağlı xəbərlər diqqət mərkəzində saxlanılmalıdır. Hal-hazırda AB komissiyasının İtaliyanın təqdim etdiyi yeni büdcə siyasətini müzakirə edir və İtaliya höküməti də bir neçə dəfə mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb. İngiltərə parlamenti isə Breksitin şərtləri mövzusunda parçalanmış vəziyyətdədir. İngiltərə höküməti AB ilə Breksit qaydalarının təqribən 95%-i razılaşdırsa da Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhəd yoxlamaları mövzusunda dalana dirənib. İngiltərənin baş naziri Tereza Mey yoxlamaların əleyhinədir.
Təhlillərə əsasən, EUR/USD məzənnəsi 1.15$-ın altında qaldıqca, 1.14$-a kimi 0.5%, GBP/USD məzənnəsi də 1.30$-ın altında qaldıqca, 1.29$-a kimi 0.5% ucuzlaşa bilər.
Qızılın ucuzlaşması proqnozları
Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1219$-ı aşağı istiqamətdə qırarsa, 1216$-a kimi dəyər itirə biləcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
-
15 d. əvvəl
“Asel Kredit” BOKT 2025-ci ili 3 milyon 371 min manat xalis zərər ilə başa vurub
-
- 21 d. əvvəl
- 22 d. əvvəl
- 34 d. əvvəl
-
35 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Rəsmi məzənələr açıqlandı
Neftin qiyməti ABŞ-İran razılaşmasına dair bədbinlik və yeni hücumların təsiri ilə yüksəlməkdə davam edib
“Monetri BOKT”un xalis mənfəəti 35% artıb
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
Ən çox oxunanlar
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL















.jpg)








