Bank BTB İpoteka kreditinin faiz dərəcəsini endirib
(®) Şəxsi mənzil arzusunda olanlara Bank “BTB” ASC - dən yeni fürsət təqdim olunur. Belə ki, Bank BTB Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditlərinin illik faiz dərəcəsini 7%-ə endirmişdir.
Əlavə olaraq, ilkin ödəniş məbləği bu dəfə müştəriləri sevindirəcək. Belə ki, yenilənmiş şərtlərə əsasən ilkin ödəniş məbləği adi ipoteka krediti olan halda 15% təşkil edir. Kreditin maksimal məbləği isə 150.000 AZN-dir.Bank “BTB” ASC-dən İpoteka krediti əldə etməyin üstünlüklərindən biri də rəsmiləşdirmə prosesinin sürətli olmasıdır. Belə ki, tələb olunan sənədlər müştəri tərəfindən vaxtında təqdim edildiyi halda Bank cəmi 1 həftə ərzində ipoteka kreditini rəsmiləşdirir və alınacaq əmlakın alqı-satqısı həyata keçirilir.
İpoteka krediti üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər, əmək müqaviləsi və ya əmək kitabçasının təsdiqlənmiş sürəti, ipoteka predmetinin qiymətləndirmə aktı aiddir.
İpoteka krediti əldə etmək istəyən şəxslər ilk öncə https://e-ipoteka.az/ saytında qeydiyyatdan keçib, ərizə formasını doldurmaqla Bank BTB-ya müraciət edə bilərlər. İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun rəsmi internet saytından http://www.amf.az/az/ və ya Bank BTB-nin rəsmi internet saytından www.btb.az tanış ola bilərlər.
Bank xidmətləri haqqında (012) 946 qısa nömrəli Məlumat Mərkəzidən, www.btb.az rəsmi saytından və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
8 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
8 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
9 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 9 saat əvvəl
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























