Apple 15.3 milyard dollar vergi borcunu ödəyib
"Apple" şirkəti Avropa Komissiyasının tələb etdiyi verginin hamısını ödəyib.
"Marja" xəbər verir ki, Avropa Birliyi Komissiyası; 2016-ci ildə, ətraflı araşdırmalardan sonra "Apple"ın vergi qanunlarına tabe olmadığı səbəbilə İrlandiya dövlətinə 14.5 milyard dollarlıq ödəniş etməsi barədə hökm vermişdi. Avropa İttifaqı Ticarət Komissiyasına görə, ABŞ-ın texnologiya nəhəngi, İrlandiya büdcəsinə, satışlarının 0.005%-i kimi simvolik səviyyədə bir vergi ödəmişdir.
2020-ci İLƏ QƏDƏR TOXUNA BİLMƏYƏCƏK
Avropa Komissiyasında, "Apple" ilə İrlandiya hökuməti arasında illərdir davam edən bu vergi məsələsinə dair cinayət işi başlanmış və "Apple"ın Avropadakı əməliyyatlarına uyğun vergi ödəmədiyinə qərar verilmişdi.
"Apple", Avropa İttifaqının vergi qanunlarına riayət etməməsi səbəbindən 1.4 milyard dolları faizi olmaqla İrlandiya dövlətinə ümumilikdə 15.3 milyard dollarlıq ödəniş həyata keçirib. Sözügedən ödəmə İrlandiya hökumətinin "kassasına" girsə də, kassasiya məhkəməsinə qədər istifadə edilməyəcək. Kassasiya məhkəməsinin isə 2020-ci ildə başa çatması gözlənilir.
Bu müddət başa çatana qədər hesabdakı pul "Amundi", "Blackrock" və "Goldman Sachs" tərəfindən idarə ediləcək. Həmin investisiya şirkətləri, məhkəmə yekun qərarını verənə qədər 15 milyard dollarlıq bu məbləğ ilə aşağı riskli investisiyalar edəcəklər. Bu investisiyalar görə hər hansı bir zərər ortaya çıxarsa, yaranan zərəri İrlandiya hökuməti ödəyəcək.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 36 d. əvvəl
- 3 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
6 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
6 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























