Əmək təhlükəsizliyinə ən yaxşı əməl edən şirkətin adı elan edilib
İş yerində zədələnmə, xəsarət alması ilə nəticələnən halların 60-65%-i tikinti sahəsində baş verir. Bu problem AHİK –nı narahat edir və bu sahəni ciddi nəzarətdə saxlamaga çalışır. Bu halların qarşısının alınması üçün bir çox proqramlar həyata keçirilir ki, bunlardan biri də tikinti şirkətləri arasında ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması” üzrə müsabiqənin təşkil edilməsi olmuşdur.
Azərbaycan Respublikası Həmkarlar Konfederasiyası ”Sağlam və təhlükəsiz əmək şəraitinin yaradllması" üzrə ilin ən yaxşı müəssisəsini təltif edib. İl ərzində 2000-nə yaxın müəssisə və təşkilatların əmək təhlükəsizliyi normaları baxımından fəaliyyəti izləmiş və qiymətləndirilmişdir. Müsabiqənin qalibi "Holcim Azərbaycan" şirkəti olmuşdur. Bu barədə "Marja"ya "Holcim Azərbaycan"dan bildirilib.
Şikətin HİK-nin sədri Mübariz Məmmədov bildirdi ki, “İşçilərin sağlamlığı bizim üçün prioritet məsələdir və bu sahədə heç bir güzəştə yol verilmir. Bu nailiyyət şirkətinin əməkdaşlarının ƏMTT üzrə peşakar olduqlarını bir daha sübut etdirir. Əməkdaşlar arasında təbliğat işi aparmaq və onların biliklərini artırmaq, beynəlxaq normalara əməl etmək bizim əsas işimizdir”.
“Əməkdaşlarımızın və özümüzün təhlükəsizliyi hər birimizin məsuliyyətidir. Bu naliyyətlər onu qöstərir ki, təhlüksiz fəaliyyət artıq bizim mədəniyytimizin bir hissəidir və gündəlik yaşam tərzidir. Amma bu nailiyyətlər bizi arxayın etməməlidir və biz hər gün işə başlamazdan öncə risklərin qiymətləndirilməsini aparmalı və yarana biləcək hadisələrin qarşısını almalıyıq. Bunu başa düşərək mütəmadi olaraq işçilərə gündəlik və aylıq təlimlər və monitorinqlər keçirilir və onlar praktik məşğələlərdə iştirak edirlər” - şirkətin Baş Direktoru Frederic Guimbal bildirib.
"Holcim Azərbaycan" 90 ölkədə 110.000 işçi qüvvəsi ilə fəaliyyət göstərən LafargeHolcim Qrupun üzvüdür. LafargeHolcim dünyada sement, hazır beton məhsulları və aqreqatlar istehsalı və paylanması sahəsində dünya liderlərindən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı


























