Bank Respublika gələcəyin kadrlarını hazırlayır
(®) “Bank Respublika”nın təhsilini davam etdirən, eləcə də universiteti yeni bitirmiş istedadlı gənclər üçün təşkil etdiyi “Yay Təcrübə Proqramı-2018”uğurla başa çatdı.
2 ay davam edən təcrübə proqramının sonunda Bank tərəfindən tələbələr üçün sertifikatlar təqdim olundu.
Gənclər arasında böyük marağa səbəb olmuş proqramda testlər nəticəsində iştirak hüququnu qazanmış 25 tələbə təcrübə proqramından faydalanaraq, öz ixtisas biliklərini əyani və praktiki surətdə tətbiq etmək şansı əldə ediblər.
Bankın müxtəlif departamentlərində təcrübə keçəntələbələr əsl komanda işi ilə tanış olub və yüksək dərəcədə ixtisaslı və təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak ediblər.
Gənclər “Bankın qeyri-kredit məhsulları”, “İstehlak kreditləşməsi”, “Marketinqin əsasları”, “Kredit və Bank Əməliyyatlarının hüquqi tənzimlənməsi”, “İctimaiyyətlə əlaqələrin əsasları”, “Karyera planlaşdırılması”və digər mövzular üzrə təlimlər keçiblər.
Bankın İnsan Resursları Departamentinin rəhbəri İlkin Zeynallı qeyd edib ki, “Yay Təcrübə Proqramı çərçivəsində praktiki biliklərini inkişaf etdirən gənclər ixtisaslı kadr kimi yetişmək üçün ilk addımlarını atıblar. Təcrübə müddətində gənclər müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Biz inanırıq ki, gənclərin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar gələcək həyatlarında və karyeralarında müstəsna rol oynayacaq”.
Bankdan verilən məlumata əsasən, insan resursları Bank üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da bu növ layihələr həyata keçirməyə davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








