İran və Rusiyadan milli pul vahidi qərarı - Dollardan imtina
İran və Rusiyanın qarşılıqlı ticarətdə milli pul vahidləri istifadə etmək üzrə ilkin razılığa gəldiyi bildirilir.
"Marja" İranın "Mehr" xəbər agentliyinə istinadən xəbər verir ki, İran Rabitə və İnformasiya Texnologiyaları Naziri və İran-Rusiya Əməkdaşlıq Komissiyasının Həmsədri Mahmud Vaizi, paytaxt Tehranda 13-üncüsü keçirilən İran-Rusiya Birgə İqtisadi Komissiyasının iclası haqqında məlumat veriblər.
Görüşlər çərçivəsində iki ölkə arasında enerji başda olmaqla 10 müqavilə imzalandığını bildirən Vaizi, ticarətin önündəki əngəlləri qaldırmaq üçün iki ölkənin banklarının İran və Rusiyada qarşılıqlı şöbələr açmasının qərarlaşdırıldığını söyləyib.
İran və Rusiya arasında qarşılıqlı ticarətdə milli pul vahidləri istifadə edilməsi məsələsində də danışıqlar aparıldığını bildirən Vaizi, "İran və Rusiya qarşılıqlı ticarətdə dolların əvəzinə rial və rubl istifadə etmək məsələsində razılaşdıq. İki ölkənin mərkəzi bankları arasında yaxın vaxtlarda danışıqlar başlayacaq". deyib.
Vaizi, ticarətdə dollardan imtina etmək üçün xüsusi mexanizmlərə ehtiyac olduğunu ancaq iki ölkənin iradəsinin bu istiqamətdə olduğunu bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qısa müddət əvvəl verdiyi bəyanatda, xarici ticarətdə milli pul vahidini istifadə edilməsinin əhəmiyyətinə işarə edərək, Rusiya, Çin və İrana milli pul vahidləri ilə ticarət etməyi təklif etdiyini, tərəflərin da bu təklifi müsbət qarşıladığını söyləmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















