"Lirənin dollar qarşısında vəziyyəti 1-2 il ərzində düzələcək"
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) İcraçı direktoru Hung Tran, Türk lirəsi və Türkiyə iqtisadiyyatı haqqında danışıb.
"Marja" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, Tran, Türk lirəsinin hazırdakı dəyərinin lazım olduğundan aşağı olduğunu bildirib: "Alıcılıq qabiliyyəti paritetinə baxanda Türk lirəsini dəyərindən aşağı bölgədə görürük. Həqiqətən əsl dəyərindən aşağıdır".
"PROQNOZ VERMƏK ÇƏTİNDİR"
Tran, bazarlardakı yüksək dalğalanma və qeyri-müəyyənlik səbəbindən qısa dövrdə Türk lirəsi üçün proqnoz verməyin çətin olduğunu dilə gətirərək, uzun dövrdə Türk lirəsinin bahalaşmasının bəzi amillərə bağlı olduğunu bildirib.
Bu amillər arasında Türkiyə ilə ABŞ arasındakı siyasi münaqişənin həllini və Türkiyə rəsmilərinin iqtisadi siyasətləri tətbiq etməsini göstərən Tran, "Sabitlik yaratmaq üçün vaxt lazımdır. Türk lirəsi daha ədalətli dəyər səviyyəsinə sahib olduğu mövqeyə çatacaqdır" deyib.
Tran, "Hazırda Türk lirəsi bazarda iqtisadi əsaslarla deyil, həddindən artıq həssaslıqla hərəkət edir. 1-2 il ərzində lirənin dollar qarşısında vəziyyətini düzəldərək ədalətli səviyyə olan 5-5,5 arasında olmasını gözləyirik" deyib.
UCUZ LİRƏ CARİ KƏSİRİ AZALDACAQ
İnflyasiyanı və cari kəsiri azaldıcı siyasətlər ilə Türkiyə iqtisadiyyatını davamlı bir yola salınacağını vurğulayan Tran, Türk lirəsində son dövrdə yaşanan zəifliyin cari kəsiri aşağı salmaq üçün çox faydalı olacağına qeyd edib.
Tran, pul vahidində zəifliyin - idxala azaldıcı və ixraca isə canlandırıcı təsirinə diqqəti çəkərək, cari kəsiri azaltmaq üçün hazırda zəif olan Türk lirəsinin "xilaskar" olacağını bildirib.
ABŞ-IN İRANA SANKSİYALARI TÜRKİYƏ ÜÇÜN RİSK YARADACAQ
ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ikinci dalğasının noyabrda yenidən qüvvəyə minəcəyini xatırladan Tran, Türkiyə ilə İran arasındakı enerji ticarətinə də diqqəti çəkərək, ABŞ-ın İrana sanksiyalarının Türkiyə üçün risk yarada biləcəyi haqqında da xəbərdarlıq edib.
Qeyd edək ki, Türkiyə İranda neft və qaz alır. ABŞ, Noyabr ayınadək İrandan neft və qaz alışını dayandırmayanlara sərt sanksiya tətbiq edəcəyini bəyan edib.
Həmçinin Tran, xərc və investisiyaları maliyyələşdirmək üçün Türkiyəyə hər il ümumi daxili məhsulunun (ÜDM) 25 faizi qədər xarici sərmayə axınının cəlb edilməsi lazım olduğunu xatırladıb.
CARİ KƏSİR 5%-Ə DÜŞƏ BİLƏR
ABŞ-ın beynəlxalq investisiya bankı və maliyyə xidmətləri şirkəti "Goldman Sachs", Türk lirəsində sabitliyi təmin etmək üçün pul və maliyyə tədbirlərinin birləşməsinə diqqəti çəkərək, Türkiyə rəsmilərinin bu variantı tətbiq etməyə başladığını bildirib.
"Goldman Sachs", cari kəsirin ÜDM-ə nisbətinin bu ilin ilk rübündə 7 faiz səviyyəsində olduğunu qeyd edərək, həmin nisbətin ilin əvvəlindən bu yana isə 6,5 faiz səviyyəsində olduğunun təxmin edildiyini bildirib.
"Goldman Sachs"a görə, xarici ticarət balansının güclənməsilə, cari kəsirin ÜDM-ə nisbətinin gələn il 5 faiz səviyyəsinə düşməsi nəzərdə tutulur.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
İyunda cari əməliyyatlar kəsiri ötən ilin eyni ayına nisbətən 818 milyon dollar azalaraq 2 milyard 973 milyon dollar olmuşdu.
Cari kəsir iyunda son 10 ayın ən aşağı səviyyəsinə düşüb. Sözügedən 2 milyard 973 milyon dollar son 9 ilin ən aşağı iyun ayı rəqəmi olaraq da qeydə alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
2 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
2 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
3 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
3 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı

























