Dünyada buğda bahalaşır - ÇÖRƏYİN QİYMƏTİ ARTA BİLƏR?
Dünyada buğda qiymətləri yüksəlir.
“Marja” xəbər verir ki, qiymətlərin yüksəlməsinə səbəb quraqlıq və təlabatın artmasıdır.
“Marja” xəbər veri ki, 6 Avqustda dünya bazarlarında buğdanın tonu 265 dollara qalxıb. Bu son 2,5 ilin ən yüksək göstəricisidir. 2 il əvvəl buğdanın tonu 200 dollardan aşağı idi (174-194 dollar civarında).
Təkcə son bir ildə qiymətlər 25% yüksəlib.
Dünya taxıl istehsalına da qısa bir nəzər salsaq, Beynəlxalq Taxıl Şurasının (IGC) məlumatına görə, keçən il 758,2 milyon ton olmuş dünya buğda istehsalının 2018/19 mövsümündə 742,3 milyon tona geriləyəcəyi, 740,3 milyon ton olmuş istehlakın isə 745,5 milyon tona qalxacağı gözlənilir. Burada diqqət etməyimiz vacib olan məqam ötən il 84,9 milyon ton olan Rusiyanın buğda istehsalının 2018/19 mövsümündə 74,5 milyon tona düşəcəyinin gözlənilməsidir. Ehtiyatları da nəzərə aldıqda 2017/18 mövsümündə dünya taxıl ixracatında ilk yeri tutmuş Rusiyanın ötən mövsümdə 39,2 milyon tonluq ixracatına qarşılıq bu mövsümdə 37 milyon ton buğda ixrac edəcəyi gözlənilir.
Hava şərtlərinin pis keçməsi nəzərə alındıqda dünya buğda istehsalının daha da azalacağı güman edilir.
Beynəlxalq Taxıl Şurasının məlumatına görə, Avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi.
Qlobal bazarlarda buğdanın qiymətinin artması Azərbaycanda çörəyin qiymətini artıra bilər?
Azərbaycan buğdaya olan daxili tələbatını əsasən Rusiya və Qazaxıstandan idxal hesabına ödəyir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2017-ci ilin 7 ayı ərzində 106 milyon 45 min dollar dəyərində 598 min 424 ton buğda idxal edib (tonu 177 dollara). Ötən ilin eyni dövründə Azərbaycana 96 milyon 220 min dollar dəyərində 512 min 200 ton buğda idxal edilmişdi (tonu 188 dollara). Ötən il, Azərbaycan 1 ton buğdanın idxalı 178 dollara başa gəlmişdi. Rəqəmlərə inansaq, Azərbaycan bu il buğdanı daha ucuz alıb. Bu səbəbdən çörəyin qiymətinin yüksələcəyini söyləmək çətindir. Dünya bazarlarında buğda qiymətlərinin yüksəlməsi daha çox ABŞ və Avropada hiss oluna bilər.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























