2 nəfər minaya düşüb - YENİLƏNİB
Tovuz rayonunun Əlibəyli kəndində 2 nəfərin minaya düşməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə zamanı hər iki şəxs ərazidə heyvan otarırmış.
Minaya düşən şəxs, 24 yaşlı Elşad Mehdiyev bildirib ki, həmin ərazidə dəfələrlə heyvanlarını otarıblar: "Biz minalı sahənin daha qabaqda olduğunu bilirdik. Lakin burada mina olduğunu düşünmürdük. Bir də gördüm Elgün aşağı dərədə nəsə gördüyünü deyib getdi. Mən ona baxarkən birdən həmin cismə toxunan kimi partlayış baş verdi. Həmin vaxt huşumu itirmişəm, ayılanda yaralandığımı, Elgünün isə olmadığını gördüm. Daha sonra səsini eşitdim, kolluqda idi. Yanına getdim, sol ayağı yox idi, özü də qan içində kömək istəyirdi. Birtəhər götürüb yola çıxartdım. Köməyə gəldilər və xəstəxanaya apardılar. Mən ona həmin cismi qurdalama demişdim, amma mənə qulaq asmadı".
Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Kəmaləddin Abbasov deyib ki, yaralılardan 14 yaşlı Elgün Hüseynovun vəziyyəti ağır olaraq qalır: "Hər iki yaralı əməliyyat edilib və lazımi tibbi yardım göstərilib. E.Hüseynovun sol ayağı amputasiya edilib, bədəninin müxtəlif yerlərində isə dərinə keçən qəlpə yaraları var. O, əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır. Digər yaralı E.Mehdiyevdə də müxtəlif dərəcəli bədən xəsarətləri var, ona da tibbi yardım göstərilib və palataya yerləşdirilib. Onun vəziyyəti isə orta-ağırdır".
XXX
Tovuz rayonunda minaya düşən iki nəfərdən birinin ayağı amputasiya olunub.
Bu barədə Tovuz rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumatda bildirilir ki, hadisə nəticəsində xəstəxanaya gətirilən mülki şəxs, 2004-cü il təvəllüdlü Hüseynov Elgün Fərid oğlunun sol ayağı amputasiya edilib. Hazırda yaralı reanimasiya şöbəsindədir, vəziyyəti ağır sabitdir.
Hadisə nəticəsində ağır xasarət alan digər şəxs, 1994-cü il təvəllüdlü Mehdiyev Elşad Vidadi oğlu isə aşağı ətrafın çoxsaylı qəlpə yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.
Xatırladaq ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, Tovuz rayonunun Əlibəyli kəndi ərazisində həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıblar. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə kənd sakinləri heyvan otararkən baş verib.
SAAT 12:10 OLAN
Tovuz rayonunda iki nəfər mülki şəxs minaya düşüb.
Hadisə Azərbaycan-Ermənistan cəbhə xəttinin rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, həmin kəndin sakinləri, 24 yaşlı Mehdiyev Elşad Vidadi oğlu və 14 yaşlı Hüseynov Elgün Fərid oğlu minaya düşərək ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
İSTƏNİLƏN MƏQSƏD ÜÇÜN KREDİTƏ MÜRACİƏT EDİN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq























