Tarixdə bu səviyyəyə çatan ilk şirkət oldu
ABŞ-lı texnologiya nəhəngi Appleın bazar dəyəri 1 trilyon dollara çatıb.
Bu gün Nyu-York Birjasında Apple-ın səhmləri 2,75 faiz bahalşaraq 207,05 dollara qədər qalxıb.
"Marja" xəbər veri ki, bu nəticə ilə, bazar dəyəri 1 trilyon dollara çıxan Apple, tarixdə bu səviyyəyə çatan ilk şirkət olub.
Apple-ın çərşənbə günü açıqlanan balansına görə, bu ilin aprel-iyun dövründə ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin gəliri 17,3 faiz artaraq 53,26 milyard dollara, xalis mənfəəti də 32,1 faiz yüksələrək 11,52 milyard dollara çatıb.
Bundan başqa, sözügedən dövrdə iPhone satışlarının 0,6 faiz artaraq 41 milyon 300 minə, iPad satışlarının da 0,9 faiz yüksələrək 11 milyon 553 minə çatdığı bildirilmişdi.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Apple-ın dünən ABŞ Daşınan Əmlak və Birja Komissiyasına (SEC) verdiyi bəyanata görə, şirkətin 20 İyul etibarilə 4 milyard 829 milyon 926 min səhmi var.
Bəzi xəbər mənbələri isə Apple-ın keçmiş səhm sayına əsaslanaraq səhminin qiymətinin 203,45 dollar səviyyəsini keçildiyi vaxtda şirkətin bazar dəyərinin 1 trilyon dollara çatdığını bildirmişdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
15 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 15 saat əvvəl
-
17 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























