ABŞ-ın ən böyük ikinci bankı 2,1 milyard dollar cərimə ödəyəcək
ABŞ Ədliyyə Nazirliyindən verilən açıqlamada, ABŞ-ın ən böyük ikinci bankı Wells Fargo-nun ipoteka krediti (RMBS) çərçivəsində təqdim etdiyi kreditlərin keyfiyyətini səhv bəyan etdiyi qeyd edilib. Bildirilib ki, bank nazirliklə razılığa gəlib və 2,09 milyard dollar cərimə ödəməyi qəbul edib.
Bankın, təqdim etdiyi ipoteka kreditlərində yanlış gəlir sənədi istifadə etdiyinə diqqət çəkilən açıqlamada, Wells Fargo-nun təqdim etdiyi kreditlərin maliyyə qurumlarını və investorları milyardlarla dollar zərər saldığı vurğulanıb.
Açıqlamada fikirlərinə yer verilən Kaliforniyanın Şimal bölgəsi prokurorunun vəkili Alex G. Tse, ABŞ-da 2007-ci ildə ipoteka böhranı ilə başlayan və 2008-də ölkənin bütün maliyyə sisteminə təsir edən iqtisadi böhrana işarə edərək, "RMBS-dəki pozuntular, milyonlarla amerikalını məhv edən maliyyə böhrana səbəb oldu" - iaddələrini istifadə edib.
Wells Fargo-nin İcraçı direktoru Tim Sloan isə, "RMBS çərçivəsində 10 ildən çox əvvəl baş verən fəaliyyətlərlə bağlı iddiaları geridə qoymaqdan məmnunuq" deyib.
Wells Fargo, avtomobil və mənzil kreditləri fəaliyyətlərinin müştərilərinə zərər verdiyi səbəbilə, aprel ayında 1 milyard dollar cərimə ödəməyi qəbul etmişdi.
Bundan başqa, Wells Fargo, 2011-dən etibarən 2 milyondan artıq hesabı müştərilərindən icazəsiz və gizli açması səbəbindən keçən il təxminən 200 milyon dollar cəriməyə məhkum edilmişdi. Qalmaqal səbəbindən bank 5 min 300-dən çox həmkarının işinə son verərkən, dövrün İcraçı direktoru John Stumpf pensiyaya çıxmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























