Tarixin ən böyük şirkət dəyərsizləşməsi baş verə bilər
"Facebook Inc" şirkəti tarixinin ən böyük dəyərsizləşməsi ilə qarşı-qarşıyadır.
"Marja" xəbər verir ki, Facebook-un səhminin qiyməti Çərşənbə günü 217.50 dollar səviyyəsindən bağlamasının ardından məhdud əməliyyatlarda 24 faiz ucuzlaşıb. Bu gün Nyu-Yorkda birja açılandan sonra ucuzlaşmanın davam etməsi vəziyyətində, "Facebook", bazar dəyərinin təxminən 150 milyard dollarlıq hissəsini itirəcək. Bu, Amerika tarixində səhmlər bazarında bir şirkətin qeyd etdiyi ən yüksək gündəlik itki olacaqdır.
Müqayisə etmək lazım gələrsə texnologiya nəhəngi IBM-in bazar dəyəri 120 milyard dollar təşkil edir.
Sosial media platforması Çərşənbə günü ikinci rüb balansını açıqlayıb. Şirkətin xalis mənfəətində bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 31%-lik artım olmasına baxmayaraq, investor gözləntilərini (proqnozları) ödəməyib. Bu səbəbdən investorlar məyus olublar.
Şirkətin ikinci rüb gəliri illik 42 faiz artaraq 13.2 milyard dollar olsa da 13.3 milyard dollarlıq proqnozu qarşılamayıb.
Gündəlik aktiv istifadəçilərinin sayı da 1.47 milyard ilə 1.48 milyardlıq analitik proqnozdan aşağı qalıb.
Sosial media nəhənginə bir əvvəlki rübdə baş verən məlumat qalmaqalı mənfi təsir göstərib.
Qrafikdə ötən on ildə bazar dəyəri 150 milyard dolların üzərində olan şirkətlər arasında diqqət çəkən tarixi itkilər göstərilib. Əksəriyyəti texnologiya şirkətlərindən ibarətdir.
Texnologiya şirkətlərinin çökdüyü dövrdə (2000-ci ilin Sentyabr ayı) "İntel", bazar dəyərindən bir gündə 91 milyard dollar itirmişdi. Maliyyə böhranı və durğunluğun təsirilə zərbə alan "Exxon Mobil Corp"un bazar dəyərindən 2008-ci ilin Oktyabr ayında bir gündə 53 milyard dollar azalmışdı. "Apple Inc."ın 10 ilin ən yavaş mənfəət artımını açıqlaması 24 Yanvar 2013-də dəyərinin 60 mlyar dollar itirməsi ilə nəticələnmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 1 saat əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
14 bank xalis mənfəət açıqladı - SİYAHI
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
Ən çox oxunanlar
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb















.jpg)






