ABŞ-lı texnologiya nəhənglərinin Trumpa ianə etdiyi ortaya çıxdı
ABŞ-ın iri texnologiya şirkətlərinin, ABŞ Prezidenti Donald Trump üçün təşkil olunan təhvil-təslim tədbirlərinə (andiçmə mərasimi daxil) ianə etdiyi ortaya çıxıb.
"Marja" xəbər verir ki, Politico-nun xəbərinə görə, Trump-ın miqrasiya siyasətlərinə qarşı çıxan texnologiya şirkətləri, 20 Yanvarda keçirilən təhvil-təslim mərasiminə həm maliyyə, həm texniki dəstək veriblər.
Microsoft-dan həm ianə, həm texniki dəstək
Federal Etika Bürosuna bəyan edilən sənədlərə istinadən verilən xəbərdə, Microsoft-un Trumpın rəhbərliyi təhvil alması münasibətilə keçirilən tədbirlərə 250 min dollarlıq ianə etdiyi və bədəli eyni miqdara yaxın xidməti pulsuz təqdim etdiyi bildirilib.
Google və Amazon-un ianə məbləği bəlli deyil
Google və Amazon-un ianə verən digər şirkətlər arasında yer aldığı iddia edilən xəbərdə, ianə miqdarları məlum olmayan iki şirkətin tədbirlər üçün pulsuz texniki xidmət göstərdiyi də qeyd edilib.
Xəbərə görə, sosial media nəhəngi Facebook isə Trump-ın təhvil-təslim tədbirlərinə pulsuz Instagram foto kabinələrilə dəstək verib. Pul şəkilində ianə etməyən şirkət eyni xidməti həm Demokratiya, həm Respublikaçılar partiyasının milli konqresləri üçün pulsuz olaraq təmin etmişdi.
Twitter və Uber ianə etməyib
Twitter və Uber isə Politico-ya verdikləri açıqlamada, Trump-ın andiçmə mərasimi üçün hər hansı bir ianə vermədiklərini qeyd ediblər.
Bununla yanaşı, ianə sənədlərinin qarşıdakı günlərdə ictimaiyyətə açıqlanması ilə Trumpın andiçmə tədbirlərinə dəstək verən digər şirkətlər "gün işığına" çıxa bilər.
Adı çəkilən şirkətlərin də aralarında olduğu 100-ə yaxın şirkət, həftənin əvvəlində Trump-ın 7 Müsəlman ölkəyə qarşı viza qadağasının, ABŞ Konstitusiyasını pozduğunu müdafiə edən birgə bəyanat yaymışdı. Bəyanat, Trumpın qərarının Federal məhkəmə tərəfindən təxirə salınmasından sonra açılan kassasiya məhkəməsi çərçivəsində San-Fransiskodakı 9-uncu Region Kassasiya Məhkəməsinə təqdim olunmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub
-
12 saat əvvəl
Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
- 12 saat əvvəl