Səudiyyə Ərəbistanı neftin 100 dollara qalxa biləcəyi barədə xəbərdarlıq edib
Cümə günü "Baker Hughes"ın açıqladığı məlumatlara görə, ABŞ-da neft qazma qurğularının sayı ötən həftə 5 artaraq 863-ə qalxıb. Bu artım neft qiymətlərinin müvəqqəti düşməsilə nəticələnib və Bazar ertəsi neft qiymətləri yenidən yüksəlir.
"Marja" xəbər verir ki, "ICE Futures Europe"ın məlumatlarına görə, hedc fondları Brent neftinin düşəcəyi gözləntiləri ilə açdıqları mövqe (qısa mövqe) sayını beş həftə ardıcıl azaldıblar.
Kanada, Liviya və Venesuelada hasilatın azalması müşahidə olunur. Bu azalma Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının artırdıqları hasilatı bağlayır.
Səudiyyə Ərəbistanı, ABŞ-ın təzyiqi ilə müttəfiqlərinin İrandan neft alışını dayandırmaları halında qiymətlərin 100 dollara qalxa biləcəyi barədə xəbərdarlıq edib. Yüksələn qiymətlərə görə ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına hasilatı artırması üçün təzyiq göstərir.
Neft istehsal edən ölkələrin hasilatlarını artırmaları imkanları da məhduddur. Tələbin ödənilməməsi qiymətlərin daha da yüksəlməsilə nəticələnə bilər.
TBC KREDİTDƏN KAMPANİYA: TƏMİRİ İNDİ ET, ÖDƏNİŞƏ 3 AY SONRA BAŞLA
Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 0,4% bahalaşma ilə 74,10 dollardan, Brent nefti, Londonda ICE Futures Europe birjasında 0,5% bahalaşma ilə 77.47 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
7 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 9 saat əvvəl
-
10 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"




















