Xarici valyutada ödəmə vaxtı keçmiş kreditlər daha çoxdur – 19%
Manatla verilən kreditlər artır, Dollarla verilən kreditlər isə azalır
Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarında milli və xarici valyutada ödəmə vaxtı keçmiş kredilər məbləğ baxımından demək olar ki, eyni səviyyədədir. Cəmi kreditlərdə xüsusi çəki baxımından isə xarici valyutada ödəmə vaxtı keçmiş kreditlərin nisbəti daha çoxdur.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2018-ci ilin May ayının sonunda cəmi kredit qoyuluşları 11 milyard 945.5 milyon manat, o cümlədən vaxtı keçmiş kreditlər 1 milyard 710.8 milyon manat təşkil edib. Vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 14,3% olub.
Cəmi kredit qoyuluşlarının 7 milyard 331.6 milyon manatını milli valyutada kreditlər təşkil edib. Milli valyutadakı kreditlərin 833.1 milyon manatının və ya 11,4%-nin ödəmə vaxtı keçib.
Cəmi kredit qoyuluşlarının 4 milyard 613.9 milyon manatı xarici valyutada verilmiş kreditlərdir. Bu kreditlərin 877.7 milyon manatının və ya 19%-nin ödəmə vaxtı keçib.
Ötən ilin sonu ilə müqayisədə son 5 ayda milli valyutada verilmiş kreditlər 378 milyon manat artıb, xarici valyutada verilmiş kreditlər isə 190,3 milyon manat azalıb.
Aprel ayı ilə müqayisədə Mayda milli valyutada verilmiş kreditlər 150,3 milyon manat artıb, xarici valyutada verilmiş kreditlər isə 20,6 milyon manat azalıb.
Cəmi kreditlərin 2 milyard 343,7 milyon manatını və ya 19,6%-ni qısamüddətli , 9 milyard 601,8 milyon manatını və ya 80,4%-ni uzunmüddətli kreditlər təşkil edib.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
Milli valyutadakı cəmi kreditlərin 1 milyard 172.6 milyon manatını və ya 16%-ni qısamüddətli, 6 milyard 159 milyon manatını və ya 84%-ni uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 1 milyard 171.1 milyon manatını və ya 25,4%-ni qısamüddətli, 3 milyard 442.8 milyon manatını və ya 74,6%-ni uzunmüddətli kreditlər təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
21 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
21 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
22 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















