Mərkəzi Bankın notları yerləşdiriləcək - 50 milyonluq hərrac
2017-ci ilin 08 fevral tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Birjadan "Marja"ya daxil olmuş məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.
Notların buraxılış parametrləri aşağıdakılardır:
Dövlət qeydiyyat №-si | 50100653S |
Hərraca çıxarılan həcm | 50 000 000 AZN |
Bir notun nominal dəyəri | 100 АZN |
Notların tədavül müddəti | 29 gün |
Ödəmə tarixi | 09 mart 2017-ci il |
ARMB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.
Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
12 saat əvvəl
Rabitəbank yeni konseptli Lənkəran filialının açılışını etdi
-
12 saat əvvəl
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
- 13 saat əvvəl
-
13 saat əvvəl
Milli Depozit Mərkəzi investorlara qiymətli kağızlar üzrə ödənişlərin məbləğlərini açıqladı
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycan aviaşirkətinin gəliri və xalis mənfəəti kəskin azalıb
-
14 saat əvvəl
Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb - 26 TIR Bakıya yola salınıb
-
14 saat əvvəl
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yeni sözçü təyin edilib
-
14 saat əvvəl
Su israfını minimuma endirir, avadanlıqların ömrünü uzadır - NALCO Water
-
14 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb