Dollar qarşısında ən güclü dayanan pul vahidi
Ukraynada 2013-cü ilin sonunda üsyanlarla başlayan, 2014-cü ilin Fevral ayında Krımın Rusiya tərəfindən ilhaq edilməsi ilə davam edən və qısa müddətdə şərq şəhərlərində daxili qarışıqlığa çevrilən böhran, ölkənin iqtisadi vəziyyətinə də mənfi əks olundu.
"Marja" "Bloomberg News"a istinadən xəbər verir ki, ancaq bu böhran şəraitindən çıxan bir göstərici var: Qrivna. Ölkənin pul vahidi, beynəlxalq xilasetmə paketinin bir ildən çox müddətdir dondurulmuş olmasına, hətta maliyyə nazirinin ötən həftə qovulmasına baxmayaraq, inkişaf edən ölkələrin valyutaları arasında dollar qarşısında ən yaxşı performans göstərən pul vahidi olub.
Qrivna, Gürcüstan Larisi və Kolombiya Pesosunu keçərək dollar qarşısında ilin əvvəlindən bu yana 7,7 faiz möhkəmlənib.
Ukrayna Mərkəzi Bankı sədrinin müavini Oleq Çuriyə görə, işin sirri, cari kəsirin bağlanması üçün qısamüddətli kapital axınlarına bel bağlamamaqdır.
"Bu çox təhlükəli bir vəziyyətdir" deyən Çuriy, "Çünki sizə qarşı mənfi bir hiss varsa, investorlar bazarı tərk edəcək və pul siyasəti ilə valyuta məzənnəsi üzərində çox böyük təzyiq yaranacaqdır. Ancaq bu vəziyyət, Ukrayna üçün söz mövzusu deyil",- ifadələrini işlədib.
Mərkəzi Bankın faiz dərəcəsi 17%-dədir. İnflyasiyada ciddi bir geriləmə görmədikcə pul siyasətini yumuşaldılmayacağını bildirən Çuriy, "Sərt pul siyasəti bizə inflyasiyanı gələn ilin ortasında hədəfə salmağa imkanı verəcək. Ancaq bu, daha tez bir vaxtda da ola bilər" deyib.
BÖHRANDAN SONRA İQTİSADİ İNKİŞAFI OLSA DA, BORCU ÇOXDUR
Dünya Bankının məlumatlarına görə, 2014-cü ildə 6,6 faiz, 2015-ci ildə 9,8 faiz azalan Ukrayna iqtisadiyyatı, 2016-cı ildə bir sıçrayış edərək 2,3 faiz artıb.
2018-ci ildə iqtisadi artımın 3,5 faiz təxmin edildiyi Ukraynanın valyuta ehtiyatları isə olduqca aşağı səviyyədədir. Korrupsiya hələ də geniş yayılmış və dövlət borcu çox yüksəkdir.
Ölkəyə ötən payızdan bu yana 550 milyon dollarlıq "isti kapital" girişi olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 8 d. əvvəl
-
- 22 d. əvvəl
- 25 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti























