ABŞ neft qiymətləri proqnozunu dəyişdi
ABŞ Enerji İnformasiya İdarəsi (EIA) 2018 və 2019-cu ilə dair neft qiymətləri proqnozlarını dəyişib.
"Marja" xəbər verir ki, EIA-nın "İyun 2018" hesabatına görə, Brent tipli xam neftin orta hesabla barrel qiyməti bu il üçün 71 dollar sabit saxlanıb, gələn il üçün 2 dollar artırılaraq 68 dollara yüksəldilib.
EIA-nın Maydakı hesabatında, Brent tipli xam neftin orta hesabla barrel qiyməti bu il üçün 71 dollar, gələn il üçün isə 66 dollar olaraq təxmin edilmişdi.
İyun ayı hesabatında, Qərbi Texas (WTI) növü xam neftin orta hesabla qiyməti bu il üçün 64,5 dollar, 2019 üçün isə 62 dollar olaraq nəzərdə tutulub.
EIA-nın keçən aykı hesabatında WTI növü xam neftin orta hesabla qiyməti 2018-ci il üçün 66 dollar, 2019-cu il üçün isə 61 dollar olaraq təxmin edilmişdi.
22 İyunda Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiyanın da daxil olduğu bəzi ölkələr qlobal neft bazarının vəziyyətini müzakirə edəcəklər. Səudiyyə Ərəbistanı və Rusiyanın 2017-ci ilin Yanvar ayından bu yana tətbiq edilən hasilatın azaldılması müqaviləsinin yenidən gözdən keçirəcəkləri gözlənilir.
Hesabatda, Venesuelanın neft hasilatındakı kəskin azalma və İran üzərindəki sanksiyalar səbəbindən əhəmiyyətli neft istehsalçısı ölkələrin gələn il xam neft hasilatını artıra biləcəyi vurğulanıb.
EIA, ABŞ-ın 2018 və 2019-cu illərədair xam neft hasilat proqnozlarını da dəyişib.
ABŞ-ın bu ilə dair xam neft istehsal gözləntisi gündəlik orta hesabla 100 min barrel artırılarkən, gələn ilə dair xam neft istehsal gözləntisi isə gündəlik orta hesabla 100 min barel azaldılıb.
Hesabata görə, ölkənin gündəlik orta hesabla xam neft hasilatının bu il 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olmasının nəzərdə tutulur.
EIA, may ayı hesabatında ABŞ-ın gündəlik orta hesabla xam neft hasilatının 2018-də 10,7 milyon barrel, 2019-da isə 11,9 milyon barel olaraq təxmin etmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti






















