Rabitəbankdan 119 milyon manatlıq sürətli köçürmə
Rabitəbank ASC Azərbaycanın bank sistemində mütərəqqi inkişafı ilə seçilən bankların sırasındadır.
Bankın yaydığı məlumata görə, Rabitabank ASC-nin aktivləri 31.12.16-ci tarixə ilin əvvəli ilə müqayisədə 23% artaraq 552 mln. 288 min manat təşkil etmişdir. Muştərilərin müddətli əmanətlərinin həcmi isə 8% artaraq 241 mln. 850 min manat, cari hesabları 81% artaraq 178 mln.789 min manat təşkil etmişdir. 31.12.16-ci ilə Bankın məcmu kapitalı 60 mln. 932 min manat təşkil etmişdir.
Bankın gəlirlik göstəricilərinə gəldikdə isə, xalis faiz gəlirləri 12 mln.134 min manat, xalis qeyri-faiz gəlirləri isə 12 mln. 576 min həcmində olub.
Bank 2016-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirmiş, bununla aktiv plastik kart hesab istifadəçilərinin sayını 37 min 919 ədədə, ATM şəbəkəsini isə 56 ədədə çatdırmışdır.
Hazırda Rabitəbank-ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti,90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəri portfeli vardır. O cümlədən, bank il ərzində 187 min ədəd olmaqla 119 mln. manat ekvivalentində surətli pul köçürməsini və 220 min ədəd olmaqla 8 mln. manat kommunal ödənişi müştəriləri üçün reallaşdırmışdır.
Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






