Azərbaycan və İtaliya dəmir yolları anlaşdı - YENİLƏNİB

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Bakıda səfərdə olan “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezident Covanni Rokkanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“Azərbaycan Dəmir Yolları” QSC İctimaiyyətlə əlaqələr şöbəsindən “Marja”ya daxil olmuş məlumata görə, görüşdə Azərbaycan və İtaliya Dəmir Yolları arasında qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Danışıqlarda tərəflər, Azərbaycan dəmir yollarında aparılan islahatlar, dəmir yollarının və hərəkət heyətinin yenilənməsi sayəsində yaradılan yeni imkanlar, Avropa-Asiya marşrutu ilə yüklərin nəqli sahəsində Bakı-Tbilisi-Qars və Astara(Azərbaycan)-Astara(İran) dəmir yollarının üstünlüklərini nəzərdən keçirərək, Orta Asiya, İran və Çin istiqamətində potensial yükdaşımaları müzakirə ediblər. İtaliyalı qonaqlar Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa üçün vacibliyini qeyd edərək, onu İtaliya və digər Avropa ölkələri üçün Azərbaycanın enerji layihələri qədər önəmli olduqlarını bildiriblər. Onların sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu 21-ci əsrdə Avropa-Asiya yükdaşımalar sistemini dəyişdirərək onu inkişaf etdirəcək və yük dövriyyəsinin artmasına səbəb olacaq.
Söhbət zamanı, yüklərin İtaliyanın Triest və Bari limanlarından Türkiyənin Mersin limanına çatdırılaraq, oradan da Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Azərbaycan ərazisindən keçərək, İran və ya Orta Asiya ölkələri və Çinə nəqli perspektivləri müzakirə olunub. Eyni ilə yüklərin, təklif olunan marşrutla əks istiqamətində daşınması perspektivi nəzərdən keçirilərək, onun rəqabətədavamlı olduğu bildirilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bundan başqa İtaliya dəmir yollarının imkanlarından yararlanaraq, yüklərin daha sonra Fransa, Almaniya və Benelüks ölkələrinə daşınması imkanları nəzərdən keçirilib. İtaliya nümayəndə heyəti Avropa İttifaqı ilə İran, Orta Asiya və Çin arasında İdxal/İxrac əməliyyatlarına dair və potensial yük bazası haqqında məlumatları Azərbaycan tərəfinə təqdim edərək, “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.
Görüşün sonunda, danışıqların nəticələrinə dair, tərəflər arasında memorandum imzalanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat sonra
-
- 11 d. əvvəl
-
23 d. əvvəl
Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb
-
25 d. əvvəl
Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı
-
35 d. əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
40 d. əvvəl
Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Rəsmi məzənnələr açıqlandı

Tesla-nın satışları rekord səviyyəyə çatıb
Ən çox oxunanlar

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Əliyevin Zelenski ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb
