Sığortada müştərilərə pulsuz hüquqi xidmətlər göstəriləcək - MÜQAVİLƏ İMZALANDI
“Qala Həyat” və “Qala Sığorta” şirkəti müştərilərinə göstəriləcək xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədi üçün “Avropa Hüquq Xidməti” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Hər iki şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, əməkdaşlıq müqaviləsini “Qala Həyat” sığorta şirkəti tərəfindən İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Azər Əlizadə, “Qala Sığorta” şirkətindən İdarə Heyətinin sədri Fuad Allahverdiyev və “Avropa Hüquq Xidməti” şirkətinin direktoru Ağarəzi Babayev imzalayıb.
Müqaviləsiniun predimetinə uyğun olaraq “Avropa Hüquq Xidməti” şirkəti tərəfindən hər iki sığorta şirkətinin müvafiq sığorta məhsulları üzrə müştərilərə pulsuz hüquqi xidmətlər göstəriləcək.
Təklif olunan məhsullarda müştəri “Avropa Hüquq Xidməti” şirkətinə 7/24 olmaqla istənilən vaxt zəng edərək bütün növ hüquqi məsləhət xidmətlərindən ödənişsiz əsaslarla yararlana biləcək.
Qeyd edək ki, “Qala Həyat” və “Qala Sığorta” sığorta müştərilərin rahatlığını düşünərək onlar üçün daim yeniliklər tətbiq etməklə müştəri məmnuniyyətini qazanır. Pulsuz hüquqi xidmət də bu yeniliklərdən biri hesab olunur. Gələcəkdə hər iki şirkət bu istiqamətdə fəaliyyətini daha da genişlədirirək müştəri məmnuniyyətini daha yüksək səviyyəyə çatdırmaq niyyətindədir.
Xatırladaq ki, “Qala Həyat” şirkəti 2011-ci ildən, “Qala Sığorta” isə 2015-ci ildən fəaliyyət göstərir. Hər iki şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 6 gün sonra
- 2 gün sonra
-
- 2 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
23 saat əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
İyunun 28-də gözlənilən hava şəraiti
“Neqodnı” olan vətəndaşlara çağırış edirəm: "Vaxtında komissiyadan keçin ki, biz sizin haqqınızda hər hansı tədbirləri həyata keçirməyək"
Qızıl gətir, sərfəli kredit götür!
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ən çox oxunanlar
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib
İyunun 27-nin hava proqnozu - LEYSAN, GÜCLÜ KÜLƏK GÖZLƏNİLİR
Sahibkarlar ən çox nədən şikayət edir? - Sahibkarların gömrükdə ən çox "ilişdiyi" məsələ açıqlandı

























