Trampın qərarına reaksiyalar gecikmədi - "OD PÜSKÜRDÜLƏR"
ABŞ-ın idxal etdiyi polad və alüminiuma əlavə gömrük vergilərini 1 İyundan etibarən Avropa Birliyi (AB), Kanada və Meksikaya da tətbiq edəcəyini açıqlamasına reaksiyalar gecikməyib.
"Marja" xəbər verir ki, ABŞ-ın tək tərəfli olaraq qəbul etdiyi əlavə gömrük vergiləri qərarının ədalətli olmadığını və Dünya Ticarət Təşkilatı (DTT) qaydalarını toqquşduğunu bildirən Avropa Komissiyasının Prezidenti Jean-Claude Juncker, "Bu gün dünya ticarəti üçün pis bir gündür. Tramp, bizə ABŞ məhsullarına əlavə gömrük rüsumları tətbiq etməkdən başqa seçim qoymur" deyib.
Avropa Birliyi (AB) Komissiyasının Ticarətdən Məsul üzvü Cecilia Malmström isə ABŞ-ın idxal polad və alüminiuma tətbiq edəcəyi əlavə gömrük rüsumlarına dair, "ABŞ-ın tədbirləri, razılaşdırılmış beynəlxalq qaydalara zidd olduğu üçün Dünya Ticarət Təşkilatında (DTT) münaqişələrin həlli üçün məhkəmə prosesi başladacağıq" ifadəsini istifadə edib.
AVROPALI LİDERLƏR "OD PÜSKÜRDÜLƏR"
Fransa Prezidenti Emmanuel Macron, ABŞ-ın idxal polad və alüminiuma əlavə vergi tətbiq etməsi qərarının beynəlxalq hüquqa zidd olduğunu bildirərək, bunun böyük bir səhv olduğunu deyib.
ABŞ rəhbərliyinin əlavə vergi qərarından təəssüf etdiyini dilə gətirən Macron, "Qərar, ABŞ, AB və Fransanın qəbul etdiyi beynəlxalq ticarət qaydalarına ziddir. Bu səbəbdən hüquqa zidd olduğu üçün qərara etiraz edəcəyik və cavab verəcəyik",- deyib.
Almaniyanın xarici işlər naziri Heiko Maas, ABŞ-ın idxal edəcəyi polad və alüminiuma tətbiq edəcəyi əlavə gömrük vergilərinin hüquqa zidd olduğunu vurğulayaraq, AB-nin cavab tədbirləri ilə ən uyğun şəkildə cavab verməyə hazır olduğunu deyib.
İsveçin ticarət naziri Ann Lind isə, "İsveç ABŞ-a ildə 4 milyard dollar polad ixrac edir. ABŞ-ın verdiyi ən pis qərardır" - şəkilində bildirib.
ABŞ-ın verdiyi qərarın Dünya Ticarət Təşkilatının (DTT) qaydalarına zidd olduğunu xatırladan Lind, "Vəziyyətə görə, AB ölkələri də ABŞ-dan idxal edilən polad və alüminiuma eyni miqdarda əlavə vergi tətbiq edə bilər" ,- deyib.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin də ABŞ-ın yeritdiyi ticarət siyasətlərini tənqid edərək, "Bu siyasətlər səbəbi ilə bütün dünya iqtisadiyyatı da zərər görür", ifadələrini istifadə edib.
KANADA VƏ MEKSİKADAN CAVAB TƏDBİRLƏRİ
Kanadanın xarici işlər naziri Chrystia Freeland, ABŞ-ın gömrük vergilərinə cavab olaraq Amerikan polad və alüminium məhsullarına 1 İyuldan etibarən müvafiq olaraq 25 faiz və 10 faiz tarif tətbiq ediləcəyini açıqlayıb.
Meksika Hökumətindən verilən yazılı açıqlamada da ABŞ-dan idxal edilən alma, üzüm, donuz əti kimi müxtəlif ərzaq məhsullarına və bəzi polad məhsullarına əlavə gömrük vergiləri tətbiq ediləcəyi bildirilib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Açıqlamada, Vaşinqtonun həyata keçirəcəyi tariflərlə bənzər dəyərdə olacaq gömrük vergilərinin, polad və alüminium qarşı vergilər ləğv edilmədiyi müddətdə qüvvədə qalacağı da vurğulanıb.
ABŞ DAXİLİNDƏN ETİRAZLAR
ABŞ Ticarət Palatası, ABŞ rəhbərliyini gömrük vergisi qərarını həyata keçirməmək barədə xəbərdarlıq edib. ABŞ Ticarət Palatasından bildiriblər ki, "Əlavə vergilər, təkcə ABŞ sənayeçilərinin xərclərini artıraraq mənfi təsir etməklə bitməyəcək, tikinti sektoruna və sektorlardakı məşğulluq səviyyəsinə də mənfi təsir göstərəcəkdir. Vergi tətbiq edilən ölkələrin cavab addımları da iqtisadi vəziyyəti pisləşdirə bilər".
ABŞ Ticarət Palatası, hazırda ABŞ-da polad qiymətlərinin Çin və Avropadan 50% daha yüksək olduğunu bildirib.
Motors Co., Ford Motor Co., Volkswagen AG kimi avtomobil istehsalçılarının üzv olduğu birlik, artırılan gömrük vergisilərinin ABŞ məhsullarının qiymətlərini artıracağı açıqlamasını edib.
ABŞ Beynəlxalq Avtomobil Dilerləri Assosiasiyasının sədri Cody Lusk qərarın məhsullarda qiymət artımına səbəb olacağını bildirərək, "Amerikalı istehlakçılar, ticarət partnyorlarımızla ticarət müharibəsinin zərbəsinə məruz qalmağa davam edəcək. Alüminium və polada tətbiq olunan gömrük vergisi bir ildə milyonlarla yeni avtomobil satın alan amerikalı istehlakçılara mənfi təsir göstərəcəkdir" deyib.
ABŞ dünyanın ən böyük polad idxalçısıdır
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
4 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 5 saat əvvəl
-
5 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 5 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Ən çox oxunanlar
Fevralın 18-də gözlənilən hava şəraiti
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var



















