“Bank of Baku” və “Bakcell”dən xaricə səyahət lotereyası!
Daim yenilikçi addımları ilə ölkənin innovator bankı ünvanına sahib olan Bank of Baku, Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti ilə birlikdə “Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” adlı stimullaşdırıcı tirajlı lotereyaya start verir.
Xaricə səyahət imkanı və onlarla dəyərli hədiyyə qazandıran lotereyada Bank of Baku-nun xidmətlərindən faydalanan bütün Bakcell abunəçiləri iştirak edə bilərlər.
Lotereya çərçivəsində bir nəfər Bank of Baku müştərisi olan Bakcell abunəçisi uduş fondunun əsas hədiyyəsi - Dubaya 1 nəfərlik səyahət paketi (gediş-dönüş bileti, 3 gecə, 3 günlük qalmaq haqqı, transfer xidməti və səyahət sığortası) HƏDİYYƏ qazanacaq. Lotereyanın ikinci əsas qalibi isə “iPhone” mobil telefonuna sahib olacaq.
Lotereyada iştirak şansı əldə etmək üçün müştərilər “BankofBaku”, “Bank”, “BOB” sözlərindən birini yazıb 5555 nömrəsinə SMS vasitəsilə göndərməli, cavab SMS-i vasitəsilə göndərilmiş “Ulduzum” kodunu Bank of Baku-nun xidmət və məhsullarından istifadə zamanı təqdim etməlidirlər.
Qeyd edək ki, müştərilər “Bank of Baku”nun istənilən filialında aşağıdakı xidmətlərdən istifadə zamanı kodu təqdim edərək, həm hədiyyələr, həm də lotereyada iştirak şansı qazanacaqlar:
-20.000 AZN-dək Nağd pul krediti götürüldükdə - 100 şəbəkədaxili dəqiqə və 300 meqabayt İnternet, illik faiz dərəcəsinə -5% ENDİRİM və 3 lotereya şansı;
-Bolkart kredit kartı ilə 100 AZN-dən çox alış-veriş etdikdə - 100 şəbəkədaxili dəqiqə və 200 meqabayt İnternet və 1 lotereya şansı;
-Bankın ödəniş terminalları vasitəsilə təcili pul köçürmələri etdikdə - 100 şəbəkədaxili dəqiqə və 1 lotereya şansı;
-Bolkart debet kartı əldə etdikdə - 100 şəbəkədaxili dəqiqə və 1 lotereya şansı.
Əlavə olaraq qeyd etmək lazımdır ki, lotereyada iştirak etmək üçün göndərilmiş hər bir yeni koddan yalnız 1 dəfə istifadə etmək olar. Kodun etibarlılıq müddəti 24 saat təşkil edir.
Qaliblər 21.08.2018-ci il tarixində avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında təyin olunacaq.
Lotereya 18 may - 18 avqust 2018-ci il tarixlərini əhatə edir.
“Bank of Baku və Bakcell Ulduzumla xaricə səyahət” stimullaşdırıcı tirajlı lotereyada iştirak şərtləri haqqında daha ətraflı məlumatla 145 Məlumat Mərkəzinə zəng etməklə, habelə Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.com və www.ulduzum.az səhifəsinə daxil olmaqla tanış ola bilərsiniz.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 3 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























