“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Dünya valyuta birjalarında ABŞ-da inflyasiyanın artması, dolların ucuzlaşmasına, digər aparıcı valyutaların isə 1%-ə kimi bahalaşmalarına təsir edib.
EUR/USD məzənnəsi yeni həftənin ilk sessiyasında 1.1960$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymət 1.1900$-ın üzərində qalmaqda davam edərsə, 1.2050 və 1.2118$-a kimi də bahalaşa bilər.
Bununla yanaşı, çərşənbə axşamı və çərşənbə günü Bakı vaxtı ilə saat 13:00-da müvafiq olaraq Avrozona iqtisadiyyatı üzrə gələcək gözləntiləri ölçən indeks və inflyasiya göstəriciləri açıqlanacaqdır. Fundamental məlumatların bazarlarda güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.
GBP
GBP/USD məzənnəsi 1.3595$-a kimi bahalaşdıqdan sonra 0.5%-ə kimi korreksiya edib. Hal-hazırda 1.3560$-ın üzərində dalğalanan məzənnə, yenidən 1.3600$-ı yuxarı istiqamətdə qırarsa, 1.3676$-a kimi də artım dalğasını gücləndirə bilər.
Çərşənbə axşamı saat 12:30-da yayımlanacaq İngiltərənin əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar da investorlar tərəfindən böyük maraqla gözlənilir.
TRY
Türkiyə bazarlarında isə dollar yenidən artım dalğasını bərpa edərək 4.35TL-ə kimi bahalaşıb. Lakin qiymət 4.37TL-nin altında qaldıqca, USD/TRY məzənnəsi yenidən 4.27, 4.25 və 4.22TL-ə kimi geri çəkilə bilər. Türkiyə iqtisadiyyatında risklərin artması, lirənin qiymətinə mənfi təsir edən amillər arasındadır. Bu baxımından çərşənbə axşamı saat 11:00-da yayımlanacaq, Türkiyənin işsizlik ilə bağlı fundamental məlumatlar da diqqət mərkəzindədir.
OIL
Enerji bazarlarında da Brent nefti 78$-a kimi bahalaşdıqdan sonra 77$-a kimi korreksiya edib. Artıq 77$-ın altında təklif edilən bir barel üzrə qiymətin 76 və 75$-a kimi də geri çəkilə biləcəyi ehtimal edilir. Ümumilikdə qiymətin yaxın gələcəkdə 78-75$ aralığında dalğalanacağı proqnozlaşdırılır. Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq Amerikanın neft ehtiyatları ilə bağlı statistik məlumatlar da qiymətə güclü təsir edə bilər.
GOLD
Əlvan metallar bazarlarında qızılın bir unsiyası üzrə qiyməti keçən həftə proqnozlaşdırıldığı kimi 1326$-a (42.5 $/qram) kimi bahalaşdı. Qiymətdə son günlər müşahidə edilən bahalaşma fonunda 1320$-a (42.3 $/qram) kimi korreksiya edən qiymətin, yenidən 1326$ (42.5 $/qram) və 1333$-a (42.7 $/qram) kimi dəyər qazana biləcəyi proqnozları güclü olaraq qalır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
-
2 saat əvvəl
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
-
2 saat əvvəl
"BQ" şirkətinin 15% gəlir təklif edən istiqrazları ticarətə buraxılacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
Ən çox oxunanlar
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Papoyan: Azərbaycan Ermənistana ixrac edə biləcəyi çoxsaylı malların siyahısını təqdim edib
“Kristal” parket və laminat bazarında TOP istehsalçılardan biri olan HARO ilə memorandum imzaladı!
























