Türk Lirəsi Ərdoğanın açıqlaması ilə xeyli ucuzlaşıb
İki gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə iqtisadi qurumların rəhbər şəxslərinin toplantısı keçirilmişdi. Toplantı xəbəri və ABŞ-da aşağı düşən inflyasiya ilə Dollar/Türk Lirəsi məzənnəsi 4.22-yə qədər geriləmişdi.
"Marja" xəbər verir ki, dünən Türkiyədə 1 Dollar günə 4.24 lirə səviyyələrindən başlamışdı. Lakin sonradan Ərdoğanın vediyi açıqlama Dolları bahalaşdırdı.
Prezident Ərdoğan verdiyi açıqlamada faizlərin endirilməsi lazım olduğunu bildirərək, "Bizi nə məzənnə spekulyatorları, nə faiz lobbisi, nə də reytinq agentliyi maskası altında gizlənən Türkiyə düşmənləri maraqlandırmır, bunlar bizi dayandıra bilməzlər. 24 İyunda millətim "təkrar yola davam" dediyi anda bu faiz bəlası ilə mübarizədən qələbəylə çıxacam",- deyib.
Bazar Türkiyə Mərkəzi Bankının faizləri artıraraq Lirənin ucuzlaşmasının qarşısını alacağını gözlədiyi bir vaxtda, Ərdoğanın faizlərin aşağı salınması lazım olduğunu bildirməsi arzuolunan deyildi.
Açıqlamaların ardından məzənnə mərhələli olaraq yüksəlib və 4.3157 səviyyəsinə qalxıb. Türk Lirəsi Dollar qarşısında təxminən 2% ucuzlaşıb.
Avro/TL 1.8% artımla 5.14 səviyyəsini aşıb.
Mütəxəssislər bildirirlər ki, Mərkəzi Bankın aktiv müdaxiləsi olmaması vəziyyətində Dollar 4.50 lirəni keçə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 d. əvvəl
- 8 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 15 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Nova Credit" zərərdən mənfəətə keçib - QAZANCI KƏSKİ ARTIB
"Level Leasing"də yığıncaq keçiriləcək
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Ən çox oxunanlar
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu






.jpg)
.jpg)




.jpg)








