"İyulun 1-dən nəzarətə başlayırıq"
"İyulun 1-dən idxal olunan bitki və heyvan mənşəli qida məhsullarına nəzarət funksiyasını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək".
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Onun sözlərinə görə, həmin məhsulların fitosanitar sertifikatları ilə təmin olunması da Agentlik tərəfindən həyata keçiriləcək.
O bildirib ki, idxal edilən baytarlıq preparatlarının satışı və dövriyyəsini Kənd Təsərrüfatı Nazirliyi icra edəcək: "Həmin preparatların keyfiyyətinə isə Agentlik nəzarət edəcək. Yekunda həmin məhsulların istifadəyə yararlı olub-olmaması barədə qərar qəbul ediləcək".
Qeyd edək ki, bu gün Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ölkənin qida məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Tədbirdə bu ilin mayın 16-18-də Bakıda baş tutacaq Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018”də məhsullarını nümayiş etdirəcək sahibkarlar iştirak edib. Görüşün keçirilməsində məqsəd sahibkarlarla dialoqun qurulması və qarşılıqlı etimad mühitinin yaradılması olub.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)











.jpg)





