İlham Əliyev "Dinamo" otelinin açılışında - FOTOLAR
Bu gün Bakının Səbail rayonunda “Dinamo” otelinin açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Otelin baş meneceri Alberto Matos və dizayneri Lindo Pinto burada aparılan əsaslı təmir-yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat veriblər.
Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.
Nəfis tərtibatla qurulan otelin interyeri müasirliyi ilə diqqəti cəlb edir. Burada aparılan yenidənqurma işləri nəticəsində qonaqların qalması, yüksək səviyyədə istirahət etməsi, vaxtlarını səmərəli keçirməsi üçün maksimum imkanlar yaradılıb. İdmançıların və atletlərin arenası olan bu məkan öz yeni konsepti ilə dinamik və müasir həyat tərzi axtaranlar üçün ideal bir məkandır. Otelin restoranlarının nadir bədii konsepti də diqqət çəkir. Restoranlarda otelin qonaqlarının və müştərilərin zövqünə uyğun xidmət göstərmək üçün hərtərəfli şərait var. Burada qonaqlara milli və dünya mətbəxinin nəfis təamları təqdim ediləcək.
Mehmanxananın idman zalında müasir qurğular quraşdırılıb, qonaqların və atletlərin idmanla məşğul olmaları üçün geniş imkanlar yaradılıb. Bundan başqa, oteldə üzgüçülük hovuzu, SPA da qonaqların ixtiyarına veriləcək.
Ümumi sahəsi 7500 kvadratmetrə yaxın olan otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək üçün hərtərəfli imkanlar yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bütün sahələrdə olduğu kimi turizm sektorunun əsas xidmət istiqamətlərindən olan müasir otel sisteminin yaradılması baxımından son illərdə çox mühüm işlər görülüb.
“Dinamo” otelində müxtəlif kateqoriyalara uyğun 28 otaq var.
Otaqların interyeri tərtib edilərkən qonaqların zövqünün oxşaması və rahatlıq əsas meyar kimi seçilib.
Otellə tanışlıqdan sonra Azərbaycan Prezidenti kollektivilə görüşüb.
Bakıda yeni müasir otellərin, mehmanxana komplekslərinin istifadəyə verilməsi paytaxtımızın turizm potensialını tam nümayiş etdirməyə şərait yaradır. Bununla yanaşı, bu tədbirlər ölkəmizdə mühüm sosial infraskturtur layihələrinin icrasının davamlı olduğunu və müxtəlif sahələri əhatə etdiyini göstərir. Bu cür layihələrin uğurla həyata keçirilməsi sübut edir ki, Azərbaycanda başlanılan bütün işlər vaxtında və keyfiyyətlə yerinə yetirilir.
Sonda xatirə şəkli çəkdirilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
9 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
9 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
14 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 20 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb






















