Rusiyada "Telegram"dan sonra "Viber" da qadağan edilə bilər
Rusiyanın Rabitə naziri Nikolay Nikiforov, Federal Təhlükəsizlik Xidmətinə (FSB) lazımi şifrələmə açarlarını təmin etməməsi halında ani mesajlaşma tətbiqi "Viber"ın da "Telegram" kimi qadağan olunacağını bildirib.
"Marja" TASS-a istinadən xəbər verir ki, Nikiforov müsahibəsində, əməliyyatların şifrələmə açarlarını əldə etməyə FSB-in səlahiyyətli olduğunu vurğulayıb.
"Federal Təhlükəsizlik Xidmətinin məhkəməyə müraciət etməsi halında "Telegram"ın qadağan olunmasını təmin edən qərara oxşar bir qərar "Viber" üçün də verilə bilər"- nazir deyib.
Rusiyada istifadəçilərinin yazışmalarına çıxış üçün lazımlı şifrələmə açarlarını FSB-ə təqdim etməməsi səbəbindən dünyanın ən populyar ani mesajlaşma proqramlarından "Telegram" ötən ay qadağan olunmuşdu.
"Telegram"ın qadağan edilməsi səbəbilə minlərlə insan paytaxt Moskvada etiraz aksiyası keçirmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
-
9 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
9 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
10 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
10 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
11 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb

























