“Red Bull” nə üçün “şişirdirilmiş” qiymətə satılır?
ERA Marketinq Mərkəzi energetik içkilər bazarını araşdırıb.
"Marja"nın məlumatına görə, araşdırmada qeyd edilir ki, iki-üç il bundan əvvəl Azərbaycan bazarında energetik içkilər arasında alıcıların seçimi demək olar ki “yox” səviyyəsində idi. Tanınan energetik içki yalnız “Red Bull” olub. Bəzi alıcılar maddi imkanını nəzərə alaraq bunu ala bilmirdi. Səbəb isə bu markanın baha olması idi. Lakin son illərdə energetik içkilər artmaqda davam edir.
-Yerli istehsal olan içkilər qiymət baxımından yuxarıda göstərdiyimiz markadan 50%-dək ucuzdur. Tərkibi oxşar olan bu içkilərin qiymət fərqi yüksək olması bir çox şəxsdə şübhə yaradır və bu cür sual ortaya çıxır: bizim istehsal keyfiyyətsizdir, yoxsa Red bull “şişirdirilmiş” qiymətə öz məhsulunu satır. Bunu araşdırdığımız zaman, marağlı bir faktla üzləşdik.
Uzaq keçmişdə "Red Bull" Amerika və Avropa bazarına ilk çıxanda, böyük çətinliklərlə üzləşmişdir. Coca-cola, Pepsi, Labatt, Molson kimi nəhəng şirkətlər ilə rəqabət aparmaq yeni yaranan brend üçün çox çətin idi. Ditrix Mateşiçin (Red Bull şirkətinin yaradıcılarından biri) təklifinə əsasən məhsulun qiyməti süni olaraq rəqiblərin qiymətinə nisbətən iki dəfə çox artırmaq idi. Sonra isə məhsulu satış nöqtələrində ona aid olmayan yerlərdə yerləşdirilməsi olur (spirtli içkilər, kolbasa hətta konditer otdelləri) Və son addımı tələbələrə yeşiklərlə pulsuz “red bull” paylayaraq şüuraltı onlara bunun nə qədər lazımlı olduğunu göstərir. Bu kimi addımları ataraq, yeni yaranmış şirkət yaxın zamanda tanınmış bir brendə çevrilir.
ERA Marketinq Mərkəzi TGI (Target Group Index) layihəsi zamanı insanların energetik içkilərin hansına üstünlük verdiklərini və hansı miqdarda istifadə etdiklərini müəyyən edib, sizinlə paylaşmaq istəyirik.
1490 sakin arasında, son 6 ayda yalnız 432 nəfəri energetik içki istifadə edib. İstifadə edənlərin arasında 265 nəfəri kişi, 167 nəfəri isə qadın olub.
İçiblər energetik içki (6 ay ərzində) | TGİ_2016_1 | |
Kişi | Qadın | |
% | % | |
Daimi istifadəci | 37,5 | 27,5 |
Orta istifadəçi | 41,2 | 37,4 |
Zəif istifadəçi | 21,3 | 35,1 |
Ümumi | 100 % (təqribən 375 000 nəfər) | 100 % (təqribən 225 000 nəfər) |
“Daimi istifadəçi” qrupunda bir ay ərzində 10 və daha çox energetik içki istifadə edənlərin, “Orta istifadəçi” qrupuna 4-10 ədəd və “Zəif istifadəçi” aya 3 ədəd və daha az istifadə edənlərin faiz dərəcəsi göstərilib. Ortalama götürəndə bir kişi həftədə 2,1 qadınlar isə 1,4 ədəd energetik içki qəbul edir.
Layihə zamanı içkilər arasında ilk üçlükdə “Red bull” “Hell” və “Jaguar” adli brendləri yer tutur. Siyahıda həmçinin Burn, Trojka, XL, Bizon, Pitbull, Monster və digər içkilər sadalanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)








