Amazon-un "prime" üzv sayı 100 milyonu keçdi
ABŞ-ın elektron ticarət nəhəngi Amazon-un "prime" adı verilən və milyonlarla məhsulu istehlakçılara ən gec iki gün ərzində əlavə pul almadan çatdıran xidmətini istifadə edən şəxslərin sayı 100 milyonu aşıb.
"Marja" xəbər verir ki, ABŞ maliyyə dünyasının bütün il səbirsizliklə gözlədiyi və dünyanın ən zəngin insanı olan Amazon-un banisi və İcraçı direktoru Cef Bezosun "Səhmdarlara İllik Məktubu" yayımlanıb. Məktubda şirkətin üzv sayı haqqında ilk dəfə ictimaiyyətə məlumat verilib.
Bezos məktubunda, 13 il əvvəl başlayan "prime" xidmətini hazırda dünya üzrə 100 milyondan çox insanın istifadə etdiyini bildirərək, şirkətin keçən il bu üzvlük çərçivəsində 5 milyarddan artıq məhsulu istehlakçılara göndərdiyini vurğulayıb.
Keçən il "prime" üzv sayında rekord qırıldığı məlumatını da verən Bezos, bu üzvlərə 100 milyondan çox fərqli məhsulun ən gec iki gün ərzində əlavə pul almadan və məhsul sayında məhdudiyyət olmadan təslim edildiyinə diqqəti çəkib.
Bezos, "prime" üzvlüyün keçən il Meksika, Sinqapur, Niderland və Lüksemburqda da başladığını bildirib.
ABŞ və Kanada xaric, Amazon "prime" üzvlüyü Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya, Avstriya, Hindistan və Yaponiyada da mövcuddur.
Amazon, illik 99 dollar və aylıq 13 dollar olan "prime" xidməti sayəsində istifadəçilərinə milyonlarla məhsulu ən gec iki gün ərzində pulsuz çatdırır. Üzvlər həmçinin, "prime" xidməti sayəsində minlərlə film və serialı pulsuz izləyə bilirlər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
44 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 47 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























