Daha bir bank yaxşı nəticələr açıqladı – 5 milyona yaxın mənfəət
2017-ci ili 4 milyon manatdan çox mənfəətlə bitirən Unibank, 2018-ci ilin ilk rübünü də müsbət göstəricilərlə başa vurub. Bir çox sahələrdə inkişafa imza atan bank, 2018-ci ilin ilk rübündə yüksək mənfəət əldə edib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, ilin ilk 3 ayı ərzində Unibankın mənfəəti 5 milyon manata yaxın olub.
Məlumatda qeyd edilib ki, Bankın məcmu kapitalında da nəzərəçarpacaq artım qeydə alınıb. Məcmu kapital artaraq 70 milyon manata çatıb.
Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq sahəsində əhəmiyyətli dərəcədə artım davam etməkdədir.
“Unibank” KB ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib ki, 2018-ci ildə qarşımızda olan hədəflərə çatacağımıza inanırıq:
“1-ci rübün nəticələri artıq onu sübut etdi ki, Bank qarşıya qoyduğu hədəflərə doğru inkişaf istiqamətində düzgün yoldadır. Son dövrlərdə həyata keçirdiyimiz islahatlar, bazara təqdim etdiyimiz məhsul və xidmətlər Bankın orta müddətli strategiyasını uğurla həyata keçirəcəyimizə əminliyi daha da artırır. Unibank olaraq qarşıdakı illərdə də müştəri məmnuniyyəti əsas prioritetimiz olaraq qalacaq”.
Ötən ilin nəticələri ilə müqayisədə Unibankın kredit portfelində 11 milyon manatdan çox artım qeydə alınıb. Aktiv kreditləşmə dövrünə qədəm qoyan bank, verilən kreditlərin həcmində də ciddi artım əldə edib. Ötən ilin 1-ci rübü ilə müqayisədə verilmiş biznes kreditlərinin həcmi 6 dəfə, istehlak kreditlərinin həcmi 5 dəfə artıb.
Bir çox sahələrlə yanaşı, kart satışında da artım olub. 2017-ci ilin 1-ci rübü ilə müqayisədə debet kartların sayı 19% artıb.
Keyfiyyətli və innovativ bank xidmətini günü-gündən təkmilləşdirən Unibank, ölkədə ən geniş filial şəbəkəsinə malik banklardan biridir. Ötən ildən ölkə bank bazarında ilk dəfə Unibankda pərakəndə kreditləşmə sahəsində innovativ modelin tətbiq olunmasıyla, müştərilərə mümkün ən qısa müddətdə kreditin verilməsi xidməti yaradılıb. Daha qısa müddətdə yüksək keyfiyyətli bank xidməti, bankın müştəri sayını 2% artırıb.
Ölkənin ən innovativ bankına çevrilməyi qarşısına məqsəd qoyan Unibank, bu ilin 1-ci rübü ərzində rəqəmsal bankçılıq sahəsində də yüksək göstəricilər əldə edib. Ölkədə ən çox müştərisi olan mobil bank əlavəsi Unibank Mobile istifadəçilərinin sayı rüb ərzində artaraq 150 000-i keçib. Biznes sahibləri üçün nəzərdə tutulan Unibank Business Mobile istifadəçilərinin sayında da artım qeydə alınıb.
Unibank ölkədə elektron bankçılığın inkişafına öz töhfəsinə verməkdə davam edir. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank 3 nominasiya üzrə qalib olub:
- “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yer;
- “Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə 1-ci yer;
- “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə 2-ci yer.
İlin əvvəlindən bu yana Unibank ölkə qiymətli kağızlar bazarının ən fəal iştirakçılarından biri kimi aktivliyini artırmaqda davam edib. Unibank korporativ qiymətli kağızlar bazarında bir ilkə imza ataraq, yerli şirkətin - “METAK” MMC-nin 3 milyon manatlıq istiqrazına təminatçı olub. "METAK" MMC-nin yeni istiqraz emissiyasını Unicapital İnvestisiya Şirkəti həyata keçirəcək. Unibankın dollar valyutasında olan öz istiqrazları ilə bağlı da 1-ci rübdə yeniliklər olub. Unibank istiqraz sahiblərinə ilk faizlərini ödəyib.
Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə seçilən Unibank üçün ilin birinci rübü bu sahədə uğurlu bir layihəyə imza atmaqla da yadda qalan olub. Bank 2020-ci ilədək Güllə atıcılığı üzrə milli paralimpiya komandasına dəstək olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
5 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
6 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda





















