BP TANAP-dan çxımağı planlaşdırmır
BP, Trans Anadolu Qaz Boru Kəməri Layihəsindəki (TANAP) 12%-lik payını satacağı ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.
"Marja" xəbər verir ki, Şirkət tərəfindən verilən yazılı açıqlamada, bu gün məsələyə dair iddialar və xəbərlərin mediada yer aldığı bildirilərək, "TANAP-dakı 12 faiz payımızı satmaq kimi planımız qətiyyən yoxdur, bu istiqamətdəki xəbərlər həqiqəti əks etdirmir. TANAP, Cənub Qaz Dəhlizinin çox mühüm bir hissəsidir. BP və TANAP-ın digər tərəfdaşları SOCAR və BOTAŞ, layihə çərçivəsində Eskişehirə ilk qazın 2018-ci ilin ortalarında təhlükəsiz və uğurlu bir şəkildə çatdırılması işini sürətlə davam etdirir",- ifadələri istifadə edilib.
Həmçinin açıqlamada BP-nin Azərbaycanda Şah Dəniz, Azeri-Çıraq-Güneşli kimi mühüm neft və qaz layihələrinin sahibi olduğu xatırladılaraq, SOCAR ilə uzunmüddətli gələcək təmin etmək üçün birgə işlərin davam etdirildiyi qeyd edilib.
TANAP-da SOCAR-ın 58 faiz, Türkiyədən BOTAŞ-ın 30 faiz, BP-nin də 12 faiz payı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 18 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
























