Marketinq və PR sektorunda yeni korporativ sayt
Fəaliyyətində daima müştərilərin rahatlığını əsas tutan və Azərbaycanın Marketinq və PR sektorunda hər zaman yenilikləri ilə fərqlənən Apamark şirkəti yeni korporativ www.apamark.az saytını istifadəyə verib. Yeni sayt əvvəlkindən funksionallığı və daha rahat olması ilə fərqlənir. Saytın strukturu və bölmələrinin təşkili yenidən dizayn edilmişdir.
Mobil cihazlara uyğun sayt
Saytın əsas üstünlüklərindən biri də mobil cihazlara uyğunlaşdırılmış şəkildə hazırlanmasıdır. Mobil cihaz uyğunlaşdırması sayt istifadəçilərinə istər mobil telefon, istərsə də digər mobil cihazlar vasitəsilə saytdan rahatlıqla istifadə etmə imkanı yaradır.
Hər kəs üçün xidmət və geniş Portfolio
Şirkətinin gələcək marketinq strategiyasını Apamark şirkəti ilə bağlamaq istəyənlər üçün ayrıca olaraq XİDMƏTLƏR adlı bölmə hazırlanmışdır. Bu bölmədə istifadəçilər müxtəlif konseptli saytların hazırlanmasından tutumuş, digər şirkətlər üçün görülən işlərin bir qismi ilə tanış ola bilərlər.
Sifarişləri asanlaşdıracaq BRİFLƏR
İstənilən işdə müvəffəqiyyətin sirri işin icraçı tərəfə düzgün ötürülməsidir. Bu amili əsas götürən şirkət, öz korporativ saytında müştərilər üçün briflər bölməsi yaratmışdır. Şirkətin təklif etdiyi xidmətlər çərçivəsində əməkdaşlıq etmək istəyənlər müvafiq brif növünü seçib doldurmaqla, sifarişlərini Apamark şirkətinə göndərə bilərlər. Şirkət, hal-hazırda saytın bu hissəsinin daha da təkmilləşdirilməsi və rahat istifadəsi üzərində işlərini davam etdirir.
Axtardığınız məlumatlar faydalı bölümündə
Şirkət, marketinq sahəsi üzrə biliklərin artırılması məqsədi ilə saytın faydalı bölməsində terminalogiya bölməsi yaratmışdır. Gələcəyini bu sahə də görmək istəyənlər bu bölmədəki terminologiya lüğətindən faydalana bilərlər. Şirkət həmin bölmənin daima zənginləşdirilməsini nəzərdə tutur. Bundan əlavə ziyarətçilər həmin bölmədə yer alan REKLAM DAŞIYICILARI alt menyusuna daxil olaraq onlar üçün maraqlı olan reklam daşıyıcılarının ölçülərini görə bilərlər.
Yüksək keyfiyyətli şəkillər üçün Foto Bank
Şirkət, yaxın zamanlarda FOTO BANK bölməsini istifadəyə verməyi planlaşdırır. Bu bölmə, sayt ziyarətçilərinə müxtəlif mövzularda yüksək keyfiyyətli şəkilləri əldə etməyə imkan verəcək. Şəkillərin qiymətinə gəlincə isə bu həm korporativ, həm də fərdi müştərilər üçün münasib olacaq. Hal-hazırda həmin bölmənin istifadəyə verilməsi üzrə texniki işlər aparılır.
Qeyd edək ki, Apamark şirkəti müştərilərinə saytların yığılması, qrafik dizayn işləri, PR xidməti, foto/video çəkilişlər, Media yerləşdirmə, rəqəmsal marketinq strategiyalarının hazırlanması, SEO analiz, SMM və s. kimi xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
53 d. əvvəl
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
-
-
58 d. əvvəl
Bakcell və Gənclər Fondu Qarabağ Universitetində tələbələrlə görüş keçirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda geyim brendlərini təmsil edən şirkətlər qrupunda yeni təyinat
-
2 saat əvvəl
Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!
-
3 saat əvvəl
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
-
3 saat əvvəl
Yanvarda 882 min nəfərdən çox aylıq sosial müavinət və təqaüd alıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
İldə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq
Gbaru.com startapı artıq Avropada!
Prezident İranın yol və şəhərsalma nazirini qəbul edib
“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi
Dollar bazar ertəsi ucuzlaşıb
Bitcoin-in qiyməti 65 000 dollardan aşağı düşüb
Nikahların sayı azalıb - SON 2 İLDƏ 42 MİNDƏN ÇOX BOŞANMA OLUB
Azərbaycanda doğulan körpə sayı azalıb, ölüm halı artıb






















