Unibank istiqraz sahiblərinə ilk faizləri ödəyib
“Unibank” KB ASC istiqraz sahiblərinə ilk faizlərini ödəyib. Bu barədə Bankın yaydığı məlumatda deyilir.
Unibank-ın tədavülə buraxdığı hər birinin nominal dəyəri 10 min dollar, ümümi dəyəri 10 milyon dollar olan 1000 ədəd faizli, sənədsiz, adlı təmin edilməyən istiqraz, 28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında keçirilən hərrac zamanı yerləşdirilmişdi. Emissiya prospektinin şərtlərinə görə, faiz gəlirləri istiqraz sahiblərinə hər 90 gündən bir ödənilir.
Qeyd edək ki, Unibank istiqrazları hazırda bazarda dollar valyutasında ən yüksək gəlirliliyi olan istiqrazlardandır. İllik 6% gəlirliliyə malik istiqrazların tədavül müddəti 6 ildir və istiqraz sahibləri müddətin sonunadək 24 dəfə faiz götürə biləcəklər.
Bu istiqrazların uğurla yerləşdirilməsi bankın törəmə şirkəti olan Unicapital İnvestisiya şirkəti tərəfindən həyata keçirilib.
Məqsəd açıq maliyyə bazarından vəsaitin cəlb edilməsi ilə yanaşı, Unibankın Azərbaycan qiymətli kağızlar bazarının inkişafına dəstəyini daha da gücləndirməkdir. İstiqrazların satışından əldə edilən vəsait Unibank tərəfindən ixrac potensiallı qeyri-neft iqtisadiyyatı sahələrinin maliyyələşdirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























