“Bank Standard”ın əmanətçiləri bir sıra dövlət qurumlarını və vəzifəli şəxsləri məhkəməyə verib
Ləğv prosesində olan “Bank Standard” QSC-nin (Bank) əmanətçiləri Azərbaycan Mərkəzi Bankını (AMB), onun sədri Elman Rüstəmovu, Maliyyə Bazarlarına Nəzarət Palatasını (MBNP), onun Direktorlar Şurasının sədri Rüfət Aslanlını, eləcə də Bankın auditini həyata keçirmiş “KPMG” audit şirkətini məhkəməyə verib.
Bu barədə Bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, 82 əmanətçi “Bank Standard”ın müflisləşməsində təqsirli hesab etdiyi dövlət qurumların və şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb.
“Təqsirkarlardan vurulan zərərin əvəzi - 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxminən 81 mln. manat təşkil edir. Xatırladıram ki, ümumiyyətlə əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq.
İddiada əsas sübut (təbii, digər sübutlar da var) kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var (yəni zərər 1 mlrd. manatdan çoxdur!), buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq”, - deyə vəkil qeyd edib.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib




























