Azərbaycanın turizm bazarında yeni şirkət açıldı
Azərbaycanın turizm sektorunda “SS Travel & Tourism” adlı yeni bir şirkət fəaliyyətə başlayıb.
Şirkətin açılış mərasimində məşhur sənətçilər, turizm sektorunun nümayəndələri, rəhbərlik və jurnalistlər iştirak edib.
Bildirilib ki, şirkətin əməkdaşları və rəhbərliyi uzun illərdir bu sahədə təcrübə toplayıb, istər yerli, istərsə də xarici partnyorlarla sıx əməkdaşlıq edib. “SS Travel & Tourism” şirkəti turizm sahəsində bir neçə ildir fəaliyyət göstərən “Trend Travel” şirkəti ilə birlikdə “Metglobal” şirkətinin Azərbaycanda rəsmi nümayəndəsidir.
“Metglobal” şirkəti dünyanın 156 ölkəsində, 2162 nöqtəsində 30 mindən artıq məhsulla turizm sektorunda dünyaca məşhur şirkətlərdən biridir. Dünyanın hər bir nöqtəsində müxtəlif tərəfdaşlarla birlikdə gücünə güc qatan “Metglobal” şirkəti ölkəmizin turizm üzrə müasir siyasətini nəzərə alaraq əməkdaşlığı daha da möhkəmləndirməyə qərar verib.
Açılış mərasimində çıxış edən “SS Travel & Tourism”-in direktoru Mustafalı Soltan bildirib ki, 5 ildir ki, Azərbaycan bazarında 320 turizm şirkətinə dəstək göstərirlər:
“Biz hazırda “SS Travel & Tourism”-in 8 dünya brendinin nümayəndəliyini həyata keçiririk. Azərbaycanda daxili turizm sektorunda ön sırada dayanan şirkətlərdən biriyik. 5 il ərzində 20-dən çox ölkədə ölkəmizin, otellərimizin tanıtımını həyata keçirmişik. Hazırda Türkiyənin ən böyük şirkətlərindən olan “Diana Travel” ın Azərbaycan nümayəndıləyindən erkən rezervasiyaları 3 gün öncə almışıq. Müştərilərimizin Antalya, Bodrum və İzmirdə yerləşən otellərdə daha sərfəli və rahat şəkildə istirahət etməsini təmin edəcəyik. “SS Travel & Tourism” “Trend Travel”-a dəstək məqsədilə açılıb. Bu iki şirkət arasında olacaq sağlam rəqabət nəticəsində müştərilərə daha yaxşı xidmət etmək mümkün olacaq".
Biz hazırda turizm şirkətlərinə topdansatış şəklində tur paketləri satırıq: “Şirkətlərimizin heç biri pərakəndə satışla məşğul olmur. Biz yeni açılmış turizm şirkətlərinə də dəstək verməyə hazırıq. Lazım olarsa Türkiyədən, Avropadan da mütəxəssislər dəvət edirik”.
Şirkət rəsmisinin sözlərinə görə, Azərbaycada manatın ucuzlaşması turizm inkişafına müsbət təsir edir: “Xaricdən gələn turistlər dolları manata dəyişəndə ölkə daxilində daha çox xərcləyə bilirlər. Yerli paketlərin qiyməti 350 dollardan başlayır”.
Qeyd edək ki, açılış mərasimində əməkdar artistlər Elza Seyidcahan, Mətanət İsgəndərli, müğənni Kərim, stilist Samiraldo iştirak edib.
© Qafqazinfo
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
9 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək



























