“Xalq Sığorta”nın qazancı 3,5 dəfə azalıb
“Xalq Sığorta” ASC 2017-ci ili 1 milyon 507 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” şirkətin mühasibat hesabatlarına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə “Xalq Sığorta”nın xalis mənfəəti 3,5 dəfə azalıb. Şirkət 2016-cı ildə 5 milyon 333 min manat xalis mənfəət əldə etmişdi.
Ötən il “Xalq Sığorta”nın cəmi gəlirləri 12 milyon 201 min manat, cəmi xərcləri 10 milyon 317 min manat, ödənilmiş mənfəət vergisi 376 min 841 manat təşkil edib.
2016-cı ildə şirkətin cəmi gəlirləri 18 milyon 257 min manat, cəmi xərcləri 11 milyon 584 min manat təşkil etmişdi.
YIĞIMLARI AZALIB
2016-cı ildə 9 milyon 827 min manat sığorta haqları toplamağa nail olmuş “Xalq Sığorta”, 2017-ci ildə 7 milyon 786 min manat toplaya bilib.
2016-cı ildə 5 milyon 380 min manat omuş sair gəlirlər, ötən il 58 min manat təşkil edib. Sair gəlirlərin kəskin azalması "XalqSığorta"nın xalis mənfəətinin də kəskin azalmasına təsir edib. Sair gəlirlər valyuta məzənnələrinin dəyşməsi ilə əlaqədar olaraq yaranan gəlirər ola bilər. 2017-ci ildə Dollar/Manat məzənnəsi sabit olduğundan sair gəlirlər kəskin azalıb.
ŞİRKƏT KİÇİLİB
Cəmi aktivləri ötən ilin əvvəlindəki 54 milyon 139 min manatdan ilin sonunda 52 milyon 915 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























