Daşınar əmlakın yüklülüyünün dövlət reyestri ödənişli olacaq
“Daşınar əmlakın yüklülüyünün dövlət reyestri”nin xidmət haqları əlçatan məbləğlərdə olacaqdır".
“Marja” xəbər verir ki, bunu jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov bildirib.
“Tezliklə tarifləri portalda yerləşdirəcəyik”,- o deyib.
İbrahim Alışov bildirib ki, daşınar əmlakı borcalan və borcverən öz aralarında qiymətləndirəcəklər. Portal yaxın günlərdə tam fəaliyyətə başlayacaqdır.
“Daşınar əmlakın yüklülüyü haqqında” qanunda göstərilib ki, yüklülük, yüklülüyə dəyişikliklər edilməsi və yüklülüyə xitam vermə haqqında bildirişlərin reyestrə daxil edilməsinə, habelə reyestrdə məlumat axtaran şəxsin sorğusu əsasında ona axtarışın nəticələrinə dair kağız daşıyıcılarda təsdiqlənmiş hesabatın verilməsinə görə haqq tutulur.
Xəbər veridiyimiz kimi, Maliyyə Bazarlarına Nəzarət Palatası, kiçik müəssisələrin, ticarətçilərin və fermerlərin maliyyə ehtiyaclarını asan qarşılamaları üçün “Daşınar əmlakın yüklülüyünün dövlət reyestrini” təqdim edib. Reyestr https://mpcr.fimsa.az/ adlı portalda fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 40 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"

























