"METAK", "Unicapital" şirkətilə əməkdaşlıq edəcək
Azərbaycanın plastik boru istehsalçısı olan "METAK" şirkəti investisiya bazarı üzrə partnyorunu dəyişir. İndiyədək qiymətli kağızlar bazarı üzrə əməliyyatlarını "Azfinance" şirkəti ilə həyata keçirən "METAK" bundan sonra "Unicapital" investisiya şirkətilə əməkdaşlıq etmək niyyətindədir.
Belə ki, "METAK" özünün yeni istiqraz emissiyasını "Unicapital" şirkəti vasitəsilə həyata keçirəcək. Bu barədə məlumat verən "Unicapital"ın baş meneceri Heydər İbrahimli bildirib ki, artıq "Unicapital" "METAK"ın yeni istiqrazlarının emissiyası ilə bağlı hazırlıqlara başlayıb. İstiqrazların 3 milyon manat həcmində buraxılması gözlənilir.
Bu, "METAK"ın ikinci istiqraz buraxılışı olacaq. "METAK" istiqrazlarının 2 milyon manatlıq ilk emissiyası yanvarın sonunda baş tutmuşdu. İstiqrazların nominal qiyməti 10 min manat, illik gəlirliyi 14% təşkil edirdi. Amma həmin vaxt istiqrazlara maraq böyük olmamış və kağızları cəmi 3 investor almışdı. Sonradan qiymətli kağızlar bazarında baş verən dəyişiklik - dövlət istiqrazlarının və AMB-nin notlarının gəlirliyinin aşağı enərək 8-9%-ə düşməsi fonunda "METAK" istiqrazlarına maraq artmışdı.
İndi isə "METAK" ikinci istiqraz emissiyasına hazırlaşır. "METAK"ın investisiya partnyorunu dəyişdiyini şirkətin özündə də təsdiqləyiblər. Şirkətdən bildiriblər ki, yeni partnyorun cəlb edilməsinin səbəbi bazar əməliyyatlarını diversifikasiya etmək və "Unicapital"ın təklif etdiyi şərtlərin daha əlverişli olmasıdır.
© Fed
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























