SOCAR İstiqrazları sahibləri 3,5-4% faizlə vəsait cəlb edirlər
Fevral ayında Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları üzrə 57 əqd həyata keçirilib və 3 milyon 273 min 757 ABŞ dolları həcmində təkrar bazar əməliyyatı aparılıb.
SOCAR İstiqrazlarının marketmeykeri olan "PSG-Kapital" şirkətindən verilən məlumata görə, ötən ay təkrar bazarda 3 255 istiqraz alınıb-satılıb. İstiqrazların fevral ayı üzrə orta qiyməti 1 005,76 ABŞ dolları təşkil edib.
Ümumilikdə, SOCAR İstiqrazlarının dövriyyəyə buraxıldığı 2016-cı ilin oktyabr ayından indiyədək ötən dövr ərzində istiqrazlarla əməliyyatların ümumi həcmi 136 milyon ABŞ dolları təşkil edib.
Fevral ayı ərzində SOCAR İstiqrazları ilə REPO bazarında da yüksək fəallıq müşahidə edilib. Müşahidələr göstərir ki, getdikcə daha çox istiqraz sahibi REPO əməliyatlarına müraciət edərək güzəştli şərtlərlə vəsait cəlb etməyə üstünlük verir.
Ötən ay istiqrazlar üzrə 8 repo əməliyyatı aparılıb. İstiqraz sahibləri bu əməliyyatlar üzrə qiymətli kağızlar bazarından 5 milyon dollardan artıq vəsait cəlb ediblər. Vəsaitlər illik 3,5-4% faiz dərəcəsi ilə cəlb edilib.
Xatırladaq ki, nominal qiyməti 1 000 ABŞ dolları, illik gəlirliyi 5% olan SOCAR İstiqrazları 100 milyon dollar həcmdə buraxılıb. İstiqrazların emitenti SOCAR şirkəti tərəfindən verilən «geri alma» zəmanətinə əsasən, bu kağızları istənilən vaxt azı nominal qiymətə alıb-satmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!





















