İrandan və ərəb ölkələrindən gələn turistləri məmnun yola salmaq çətin görünür
Novruz bayramında Azərbaycana İrandan və ərəb ölkələrindən gələcək turistləri ölkədən məmnun yola salmaq, Azərbaycana gələcəkdə daha çox turist cəlb etmək üçün otellər, restoranlar və digər ictimai iaşə obyektlərinin üzərinə böyük yük düşür. Yerli turizm şirkətləri də bayrama xüsusi hazırlaşmalıdır.
Bu barədə açıqlama verən turizm üzrə ekspert və BF şirkətlər qrupunun prezidenti Aydın Əhmədov bildirib.
Onun sözlərinə görə, mart ayında ölkəyə güclü turist axını Azərbaycanda Novruz bayramının daha möhtəşəm keçirilməsi ilə əlaqədardır:
“Bunun nəzərə alaraq turizm şirkətləri özləri üçün necə avantaj qazanacaqlarını öncədən düşünməli, planlı şəkildə fəaliyyət göstərməlidirlər. Belə ki, hər bir turizm şirkətində çalışan menecerlər öz iş istiqamətinə uyğun fəaliyyət planı, şirkətin hədəflərinə uyğun fəaliyyət mexanizmləri hazırlamalıdırlar. Yerli otellər, restoranlar və digər ictimai iaşə obyektləri, nəqliyyat şirkətləri ilə əməkdaşlıq edilməli, müqavilələr bağlanılmalı və əldə olan resurslara uyğun tur paketlər hazırlanaraq müştərilərə təqdim edilməlidir. Xarici turistlərə viza xidmətindən bələdçi xidmətinə kimi bütün xidmətlər təqdim olunmalıdır. Belə olan halda turistlərin qarşısına daha yüksək xidmətlə çıxmış olarıq. Təbii ki, bu da şirkətə həm uğur, həm də maddiyat qazandıracaq”.
Aydın Əhmədov onu da qeyd edib ki, turizm agentliyinə əsas gəliri daimi müştərilər və onların tanışları gətirir:
“Əsas odur ki, istənilən turizm firması özünün müştəri bazasını yaratsın. Daimi müştərilər yığılır, gəlir əldə edilir. Ən əsas nüans isə odur ki, istənilən şirkətin ildən ilə gəlirlərinin artırılması üçün baş menecerin səyləri, peşəkarlığı və əməksevərliyi vacibdir”.
Onun sözlərinə görə, restoran və kafelərə həm gəlir əldə etmək, həm də müştəri cəlb etmək üçün ilk növbədə peşəkar kadrlar lazımdır: “Ofisiantından tutmuş mətbəxdə çalışan personala qədər bu sahəni dərindən bilən kadrlar olmalıdır. Təəssüf ki, biz bu baxımdan xarici ölkələrdən bir az geridə qalırıq. Çünkü sırf bu sahə üzrə ixtisaslaşmış kadrlarımız çox azdır. Təbii ki, yüksək keyfiyyətli iş ərsəyə gətirmək məqsədi qarşısına qoyan istənilən iş adamı əvvəlcə məcburi şəkildə xaricdə təhsil almış, ixtisaslaşmış kadrlara müraciət edəcək ki, bu da bir qədər maddi cəhətdən çətin olacaq. Yox, əgər az maliyyə ilə sıradan bir sadə kafe işlədəcəksənsə onun üçün istədiyin nəticəni əldə edə bilməyəcəksən”.
© Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
1 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
5 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























