8 milyard manatdan çox idi, 4,5 milyard manata düşdü
İlk devalvasiyadan əvvəl, 2014-cü ilin sonunda bankların ev təsərrüfatlarına verdikləri kreditlər (əsasən istehlak kreditləri) 7 milyard 731.8 milyon manata çatmışdı.
“Marja” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2015-ci ilin Fevralında baş vermiş devavasiyadan sonra 8 milyard 416.7 milyon manata qalxan ev təsərrüfatlarına verilmiş kreditlər 2018-ci ilin Yanvar ayının sonunda 4 milyard 522.8 milyon manata düşüb (46% azalıb).
Ev təsərrüfatlarına verilmiş kreditlər aydan-aya azalır. 2018-ci ilin yanvar ayında azalma 83,7 milyon manat təşkil edib. 2017-ci ilin sonunda ev təsərrüfatlarına verilmiş kreditlər 4 milyard 606.5 milyon manat təşkil etmişdi.
2018-ci ilin Yanvar ayının sonuna olan məlumata görə, ev təsərrüfatlarına verilmiş 4 milyard 522.8 milyon manat kreditlərin 1 milyard 707.8 milyon manatını daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilmiş kreditlər təşkil edib. Yanvarda daşınmaz əmlakın tikintisinə və alınmasına verilmiş kreditlər 29,5 milyon manat azalıb.
Qeyd edək ki, Yanvar ayının sonunda banklarda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 695.9 milyon manata çatıb. Ödəmə vaxtı keçmiş kreditlərin bir hissəsi də ev təsərrüfatlarına verilmiş kredilərə aiddir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























