Bank sektoru 6 milyard manatdan çox xarici borcdan xilas olub
2018-ci ilin Yanvar ayının sonuna bankların xarici öhdəlikləri 2 milyard 267.2 milyon manat (1 milyard 333 milyon dollar) təşkil edib.
"Marja" Mərkəzi Bankın statitikasına istinadən xəbər verir ki, bu, 2017-ci ilin sonu ilə müqayisədə 41,1 milyon manat azdır.
Ötən ilin sentyabr ayında Azərbaycan Beynəlxalq Bankı ASC-də aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardır olaraq bankların xarici öhdəlikləri 6 milyard 428.3 milyon manatdan 2 milyard 706.5 milyon manata düşmüşdü (3 milyard 721,8 milyon manat azalmışdı ). Qeyd edək ki, Beynəlxalq Bankın xarici borcları dövlətə ötürülüb.
Ötən 4 ayda bankların xarici öhdəlikləri 439,3 milyon manat azalıb.
Bankların öhdəlikləri devalvasiyalardan sonra Dolların bahalaşması ilə əlaqədar olaraq 2016-cı ilin Yanvar ayının sonunda 8 milyard 385.9 milyon manata qalxmışdı (bu günkü məzənnə ilə 5 milyard dollara yaxın, 2016-nın yanvarındakı məzənnə ilə təxminən 4,4 milyard dollar). Artıq bank sektoru, həm dolların bir qədər ucuzlaşması, həm də borcların qaytarılması və dövlətə ötürülməsilə 6 milyard 118,7 milyon manatlıq xarici borcdan xilas olublar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 14 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























