Soyuq havada ürək isidən məsləhət
Atalar sözündə deyilir “Başını soyuq, ayağını istı saxla”, lakin AccessBank-ın Qayğıkeş Anası başınızı da isti saxlamağı məsləhət görür.
Çünki soyuq və şaxtalı havada xəstələnmək təhlükəsi çox böyüdür. Düzdür biz çox vaxt "mən maşınlayam", "dayanacaq çox yaxındadır", "mənə soyuq deyil" kimi bəhanələrlə isti papağın, yun əlcəklərin və ya rahat şərfin faydasına laqeyd yanaşırıq. Əlində papaqla gözləyən ananın qayğısına fikir vermirik, yağışlı havada çətir götürmürük. Yalnız paradoks ondadır ki, böyüdükcə anamızın haqlı olduğunu anlayırıq! Belə ki, isti geyim bizi təkcə soyuqdəymədən qorumur, həm də ümumilikdə həyatımızı qoruyur. Necə? Müdrik Qayğıkeş anаnın məsləhətlərini oxuyun.
Başınıza papaq qoyun. Sizin də ananız həmişə "Papağını tax, yoxsa meningitə tutulacaqsan!" deyirdi? Hərçənd ki, papağın meningitlə heç bir əlaqəsi yoxdur, bu o demək deyil ki, şaxtada papaqsız gəzmək olar! Başın donvurması eşitmə qabiliyyətinin itkisi, xroniki miqrenlər və üzün yarısının əyilməsinə səbəb ola biləcək üz sinirinin nevralgiyası ilə nəticələnə bilər. Ona görə gülünc görsənməkdən qorxmayın və soyuğa dözməyin. Sağlamlıq - modadan daha vacibdir!
Şərf taxın. Şərf iki mühüm funksiyanı yerinə yetirir. Birincisi, o, boğazı yel vurmaqdan qoruyur, çox güman ki, bu, soyuq havada bədənin ən zəif hissəsidir. İkincisi də, şərf istini gödəkçənin boyun hissəsində saxlayır. Bununla belə şərfin hansı materialdan olmasının fərqi yoxdur. O, qalın olmaqla yanaşı uclarının heç yerə ilişməməsi üçün çox uzun olmamalıdır.
Əlcək geyinin. Qışda əlcək geyinməmək təkcə əl dərisinin qıcıqlanması ilə kifayətlənmir. Donmuş əllər dermatitlərə, boğaz xəstəliklərinə, artritlərin və revmatizmin kəskinləşməsinə səbəb ola bilər. Şaxtada damarlar daralır, bu da ürək tutmasına qədər ciddi fəsadlarla nəticələnə bilər. Yeri gəlmişkən, əllik əlcəkdən daha istidir: əllikdə barmaqlar bir-birini qızdırır, həmçinin onları yumruq kimi sıxmaq olar.
İsti ayaqqabı geyinin. Ayaqlar soyuq torpağa daha yaxındır, bu səbəbdən də elə ayaqqabı geyinmək lazımdır ki, isti itkisi minimal olsun. Unutma, altlıq nə qədər qalın olsa, bir o qədər yaxşıdır. Uqqi almaqdan vaz keç, ortopedlər bu ayaqqabıları tövsiyə etmirlər. Qış ayaqqabısı bir ölçü böyük olmalıdır, çünki qan dövranı sıxıldıqda, ayaqlar həmin an donmağa başlayır. Ayaqların donvurması isə ilk növbədə, böyrək və lor-orqanlarının xəstəliyi ilə nəticələnə bilər.
Yaxşı qidalanın. Yenə də yaza qədər arıqlamaq qərarına gəldiniz? Şaxtalı günlərdə ac qalıb müxtəlif pəhrizlər saxlamaq lazım deyil. Qida ilə daxil olan enerjinin bir hissəsi istiyə transformasiya olunur və beləliklə bizi donmaqdan qoruyur. Məlum olub ki, məhsullar termal təsirə malikdir, lakin bu, hər qidaya şamil olunmur. Zülallı yeməklər ən yüksək isindirən xüsusiyyətlərə malikdir: ət, balıq, süd və mürəkkəb karbohidratlar - yarma və çörək. Ən yüksək istilik tutumuna malik içki isə südlü çaydır.
Çoxqatlı geyim də donmadan və soyuqdan qoruyacaq. Sonda isə, yadında saxlayın. Şaxtada küçəyə çıxarkən elə geyinin ki, pinqvinə oxşamayasınız. Yaxşı olardı ki, istini saxlamağa qadir hava qatı yaradacaq yüngül, qalın çoxqatlı paltar geyinəsiniz. Soyuq havada termogeyim və təbii parçalardan və liflərdən olan üst geyimi uyğun olardı. Qısa köynək və sviterləri, eləcə də aşağı belli cinsləri isti mövsüm üçün saxlayın.
Bütün məsləhətlərlə daha yaxından tanış olmaq istəyirsinizsə, Qayğıkeş Ana saytına daxil olun və həyatınızı yaxşılığa doğru dəyişin.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat sonra
-
-
13 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
14 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 14 saat əvvəl
-
15 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
15 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb
























