Gömrük Komitəsi: Karqo şirkətləri saxtakarlıqlar edirlər
"Bəzi karqo şirkətləri malların dəyərini dəfələrlə aşağı göstərir və saxta invoyslar təqdim edir".
Dövlət Gömrük Komitəsi Türkiyədən idxal edilən malların nəqliyyat xərclərinin çoxalmasının gömrük ödənişlərinin hesablanması zamanı yeni sistemin tətbiq edilməsi, gömrük vergi və rüsumlarının artırılması ilə əlaqələndirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən "Marja"ya bildirilib ki, Türkiyə Respublikasından idxal edilən malların nəqliyyat xərclərinin artması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verən bəzi yükdaşıma (karqo) şirkətlərinin nümayəndələri bunu gömrük ödənişlərinin hesablanması zamanı yeni sistemin tətbiq edilməsi, gömrük vergi və rüsumlarının artırılmasına dair həqiqətə uyğun olmayan məlumatlarla əsaslandırmağa çalışıb.
"Dövlət Gömrük Komitəsi bildirir ki, idxal edilən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumları mövcud qanunvericiliyə uyğun olaraq hesablanır və son zamanlar bu sahədə dəyişikliklərin aparılması, eyni zamanda gömrük vergi və rüsumlarının artırılmasına dair məlumatlar həqiqətə uyğun deyil. Lakin ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa cavabdeh olan qurumlardan biri olaraq gömrük orqanlarına bəzi karqo şirkətləri tərəfindən təqdim olunan invoyslar üzərində aparılan araşdırmalar zamanı kəskin uyğunsuzluqlar aşkar edilib", - deyə məlumatda vurğulanıb.
DGK bildirilib ki, aparılan araşdırma zamanı məlum olub ki, həmin karqo şirkətləri hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan malların məhz onlara aid olduğunu iddia edərək gömrük rəsmiləşdirilməsi prosesini də üzərinə götürür: "Həmin karqo şirkətləri gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərini dəfələrlə aşağı göstərir, bəzi hallarda isə saxta invoyslar təqdim edir ki, bu da vergidən yayınmaq deməkdir".
Dövlət Gömrük Komitəsi bir daha xarici iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə bir daha müraciət edərək hər kəsi dürüst və şəffaf şəkildə fəaliyyət göstərməyə, dövlət büdcəsinə çatacaq vergi və rüsumları vaxtında və düzgün şəkildə ödəməyə çağırıb: "Əks halda həmin şəxs və qurumlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
9 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























