Alimlər “AzerGold”a yardım edəcək
28 fevral tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda təşkil olunan elmi seminarda İnstitutla “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında imzalanmış memorandum və müqavilə geniş müzakirə edilib.
“AzerGold” QSC-nin geoloji-kəşfiyyat şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Şahbəddin Musayev tədbirdə çıxış edərək nəcib və əlvan filiz yataqlarının istismara cəlb olunmasının perspektivləri, habelə əməkdaşlıq haqqında öz fikirləri ilə bölüşüb. Elmi seminarda aparılan ətraflı müzakirələr və fikir mübadiləsinin nəticəsi olaraq əməkdaşlığın davam etdirilməsi haqqında qərar verilib.
2016-cı ilin noyabrında “AzerGold” QSC ilə AMEA arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki araşdırılması və digər geoloji məsələlərin tədqiqi, həmçinin bu sahələrdə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə əməkdaşlığı əhatə edir.
Memorandumda əvvəlcədən müəyyən olunmuş fəaliyyət planına uyğun olaraq cari ilin yanvar ayında imzalanan müqavilə çərçivəsində Geologiya və Geofizika İnstitutunun alim-mütəxəssisləri konsultant/ekspert statusunda işə cəlb olunub. Onlar Daşkəsən rayonu ərazisində yerləşən Çovdar filiz emalı sahəsində sulfid filizlərinin kəşfiyyatı və texniki-iqtisadi əsaslandırma layihəsinin hazırlanması, Filizçay kolçedan polimetal yatağı üzrə ilkin qiymətləndirmə sənədinin tərtib edilməsi, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində aparılan kəşfiyyat işlərinə yardım edəcək.
Azərbaycanda dağ-mədən sektorunun kompleks inkişafını hədəfləyən “AzerGold” QSC kadr potensialının formalaşdırılması məqsədi ilə yerli təhsil ocaqları ilə fəal əməkdaşlıq edir. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə yanaşı, Azərbaycan Texniki Universiteti, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə müxtəlif sahələrdə geniş əməkdaşlıq qurulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























