Bakıda külək enerjisindən istifadə edən bina inşa ediləcək
"RUN Construction and Investment” şirkəti Bakıda “Ağ şəhər” ərazisində yüksək texnologiyalı “Azerbaijan STELLA Residence” binasını inşa edəcək.
Bunu şirkətin direktoru Ramil Kərimli deyib.
R.Kərimli qeyd edib ki, hazırda planlaşdırma mərhələsində olan layihə xarici investisiyalar hesabına reallaşdırılacaq: “Qeyri-adi dizayn və texnoloji yanaşmasına görə, bina özünü təmiz su və elektrik enerjisi ilə tam təmin edəcək. Elektrik enerjisi külək hesabına hasil olunacaq, dəniz suyu isə filtrləmənin bütün mərhələlərini keçəcək və bunun sayəsində binanın texniki suya ehtiyacı tam təmin olunacaq”.
“Azerbaijan STELLA Residence” layihəsinin təqdimatı zamanı R.Kərimli bildirib ki, layihəyə Çin və Cənubi Koreyadan mütəxəssislər cəlb olunacaq:
“54 mərtəbəli bina 3 hissədən – hotel, yaşayış kompleksi və biznes-mərkəzdən ibarət olacaq. Bir müddət əvvəl layihədə iştirak etməyə maraq göstərən Çinin “Kunming&Swiss” şirkəti ilə memorandum imzalanıb”.
Layihənin videosu: https://www.facebook.com/100381853432373/videos/1156252441178637/
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!


























