Depozit yerləşdirənlər bahalı hədiyyələr udacaq - YENİ KAMPANİYA

Bankda ən azı 1 il müddətinə minimum 1000 AZN və ya ABŞ dolları məbləğində depozit yatıran müştərilər, Hyundai Grandeur avtomobili ilə yanaşı həm də Türkiyə və ölkəmizin səfalı guşələrinə 2 nəfərlik səyahət paketi, qızıl külçə, televizor, noutbuk, planşet, mobil telefon, fotokamera, hədiyyə kartları və sair çox sayda uduşlara sahib olmaq şansı qazanacaqlar.
“TuranBank” ASC “Hədiyyə mövsümü!” adlı stimullaşdırıcı lotereya keçirir.
“Marja” xəbər verir ki, lotereya müddətli bank depozitlərinin (əmanətlərinin) artırılmasının stimullaşdırılması məqsədi ilə keçirilir.
Tirajlı Stimullaşdırıcı Lotereyada iştirak üçün 01 fevral 2018-ci il tarixindən 25 iyun 2018-ci il (daxil olmaqla) tarixləri ərzində “TuranBank” ASC-nin Müştəri Xidmətləri Departamenti, filialları və şöbələrində faiz dərəcəsindən və faizlərin götürülmə tezliyindən asılı olmayaraq müddəti 12 aydan yuxarı (12 ay daxil olmaqla) minimum məbləği 1000 AZN/ABŞ dolları olan əmanətlər yerləşdirmək lazımdır. Mövcud və yeni müştərilər lotereya kampaniyası müddəti ərzində yerləşdirdikləri əmanətin hər 1000 AZN/ABŞ dolları hissəsinə görə 1 ədəd lotereya bileti əldə edir.
Uduş fondunun oynanılması (qaliblərin müəyyən edilməsi) 30.06.2018-ci il tarixində keçiriləcəkdir.
Qaliblərə aşağıdakı hədiyyələr təqdim olunacaqdır.
Təsnifatı | Hədiyyənin təsviri | Miqdarı |
Avtomobil | Hyundai Grandeur, Rəng: Ağ, 3.0L Benzin (250 at gücü) Avtomatik, buraxılış ili-2017, yürüş – 0 km Yanacaq sərfi- L-100 km (qarışıq)- 12 L; Sürətlənmə 0–100 km/h- 7.8 s; Yanacaq çəninin həcmi-70 L; |
1
|
Telefon | iPhone X 64 GB | 3 |
Telefon | Samsung GX S8 | 3 |
Səyahət paketi | Türkiyə Respulikası, Antaliya şəhərinə 3 günlük 2 nəfərlik səyahət paketi Oteldə gecələmə (3 gün /3 gecə) Qidalanma- FB (3 dəfə qidalanma) Sığorta Aviabilet Transfer | 2 |
İstirahət paketi | Şamaxı rayonunda yerləşən Sakit Göl istirahət Mərkəzində 3 günlük istirahət | 2 |
Noutbuk | Lenovo V110-15ISKG I36100U4G500GKZ, Ekran- 15.6” HD, Ram (gb)-4, Prosessor Intel i3-6100U, Operativ yaddaş - 4 GB DDR4 RAM, Sərt disk- 500 GB SATA | 2 |
Qızıl-zinət | 10 qramlıq 999 əyarlı qızıl külçə | 3 |
Aksesuar | Qol saatı (Swatch və Tissot) | 5 |
Hədiyyə kartı | İstənilən ölkədə nağd və nağdsız istifadə üçün bank tərəfindən hədiyyə olaraq 100 AZN pul vəsaiti mədaxil edilmiş TuranBank ASC-yə məxsus plastik (debet) kartı. | 5 |
Playstation | SONY PLAYSTATION4 Növ: Stasionar Sərt disk, Gb: 500 Operativ yaddaş: 8192 Mb, GDDR5 Çıxışlar: HDMI, USB x2 | 3 |
Elektron kitab | Kindle | 5 |
Aksesuar | Power Bank Xiaomi Mi | 5 |
Noutbuk | NOTEBOOK HP Ekran- 15.6” LED HD; Ram (gb)-4 Prosessor -I3 2.0 GHz Operativ yaddaş- 4 GB DDR4 RAM Sərt disk- HDD 500 GB | 3 |
Planşet | S Samsung Yaddaş 16 gb/micro sd/Ram 2 Kamera-8mpx/5mpx Prosessor-Quad-core 1,4 GHz Şəbəkə -2G, 3G, 4G | 5 |
Televizor | TV Samsung LED 32 duym; Ekran ölçüsü - 32" İnterfeys - Wi-Fi, HDMIx2, USBx1 | 5 |
“Hədiyyə Mövsümü!” kampaniyası haqqında ətraflı məlumatı Bankın saytından www.turanbank.az, www.facebook.com/turanbankasc səhifəsindən və ya 935 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
Məlumat üçün bildirək ki, Bankın geniş çeşidli əmanət növlərinin cəmləndiyi “Sirlər Xəzinəsi” kampaniyası çərçivəsində 3 aydan 3 il müddətinədək açılan əmanətləri manat, ABŞ dolları və avroda yerləşdirmək mümkündür.
Bankın 16 xidmət nöqtəsi (onlardan 9-u regionlarda: Gəncə, Sumqayıt, Ağstafa, Tovuz, Zaqatala, Xaçmaz, Cəlilabad, Ağcabədi və Qazaxda olmaqla) fəaliyyət göstərir.
Müştərilərin xəbərləri

"Gələcəkdə daha geniş çeşiddə istiqraz emissiyaları və yeni investisiya məhsulları təqdim etməyi hədəfləyirik"
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 saat sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
- 2 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
2 saat əvvəl
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
4 saat əvvəl
Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi
-
4 saat əvvəl
“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib
-
5 saat əvvəl
Nvidia və Intel arasında 5 milyard dollarlıq strateji investisiya anlaşması
Son Xəbərlər

Xankəndidə yaşayış və qeyri yaşayış sahələrində təmiri işləri aparacaq şirkətlər - MÜQAVİLƏ MƏBLƏĞLƏRİ

Hava şəraitilə əlaqədar - XƏBƏRDARLIQ

Yevlax Pilot Aqroparkın rezidenti Şahdağ Qusar Futbol Klubu ilə tərəfdaşlıq müqaviləsi imzalayıb

Bank 96 ədəd RAM alır

bp şirkətinin regional prezidenti “Şöhrət” ordeni ilə təltif edildi

“Delta Capital”, “Money Shop” və “Meta-Kapital” şirkətlərinə icrası məcburi göstəriş verilib

İngiltərə Mərkəzi Bankı faiz dərəcəsini sabit saxlayıb

Naxçıvanda 106 layihəyə 8,5 milyon manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib

Sentyabrın 19-da gözlənilən hava şəraiti
