“AzerGold”un nümayəndələri İsveçrənin məşhur şirkətinin zavodu ilə tanış olub
13-16 fevral tarixlərində “AzerGold” QSC-nin nümayəndələrinin İsveçrəyə işgüzar səfəri baş tutub. Səfər çərçivəsində “AzerGold” QSC-nin mütəxəssisləri İsveçrənin məşhur “Argor-Heraeus” şirkətinə məxsus affinaj zavodunun fəaliyyəti ilə yaxından tanış olub, beynəlxalq təcrübəni dərindən öyrənib, qızıl satışının optimallaşdırılması yollarını araşdırıb. Bu barədə "Marja"ya “AzerGold”dan bildirilib.
Bundan əlavə, mütəxəssislər ikitərəfli görüşlər keçirərək, beynəlxalq əlaqələrin genişləndirilməsi perspektivlərini geniş müzakirə ediblər.
Səfərin əsas məqsədi qızıl və gümüş tərkibli xəlitələrin tökümündə digər metalların faiz dərəcələrinin azaldılması prosesini daha da təkmilləşdirməkdir.
Qeyd edək ki, keçən il “AzerGold” QSC KYC (Know Your Customer) və “Due Diligence” prosedurlarını uğurla keçərək “Argor-Heraeus” şirkəti ilə qızıl və gümüşün saflaşdırılması üzrə əməkdaşlıq qurub. Ötən ilin 31 may–2 iyun tarixlərində Azərbaycana səfərə gələn İsveçrə şirkətinin nümayəndəsi Çovdar filiz emalı sahəsində gedən hasilat işləri ilə yaxından tanış olaraq, Cəmiyyətin fəaliyyətinin beynəlxalq standartlara cavab verdiyini bildirib. Hazırda Çovdar filiz emalı sahəsində istehsal olunan qızıl-gümüş tərkibli xəlitələr İsveçrə şirkətinə göndərilərək saflaşdırılır, daha sonra əldə olunan qızıl və gümüş beynəlxalq birjada satışa çıxarılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























